Qırmızı.az
Yol polisi valideynlərə müraciət etdi
Bakının orta məktəblərində təşkil ediləcək "Son zəng" tədbirləri ilə əlaqədar yol polisi 29 və 30 may tarixlərində gücləndirilmiş iş rejiminə keçəcək.
Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət
Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi,
polis polkovniki Vaqif Əsədov ANS PRESS-ə açıqlamasında, küçə və
yollara bitişik bütün ümumtəhsil müəssisələri nəzarətə
götürüləcəyini və təhlükəsizlik tədbirlərinin həyata keçiriləcəyini
bildirdi.
Vaqif Əsədov məktəblərin ətrafında dayanma-durma qaydalarının
pozulmasına da imkan verilməyəcəyini deyir: "Yol polis
əməkdaşlarımız bu neqativ halların yaranmasına imkan verməyəcək.
Ona görə də orta məktəblərin ətrafındakı küçə və yollarda nəqliyyat
sıxlığının yaranmaması üçün vətəndaşlardan xahiş edirik ki, bu iki
gün ərzində şəxsi avtomobillərdən mümkün qədər az istifadə
etsinlər".
Bölmə rəisinin sözlərinə görə, yol polisinin şəxsi heyəti eyni
zamanda yeniyetmələrin qeyri-qanuni olaraq avtomobil idarə
etməsinin də qarşısını almaq üçün xüsusi tədbirlər görüləcək: "Ötən
illərin təcrübəsi göstərir ki, həmin gün bəzi şagirdlər
qeyri-qanuni olaraq avtomobil idarə edirlər. Hətta bəzən onların
idarə etdiyi avtomobillərlə qəza törətmələri və nəticədə insanların
ölməsi və xəsarət alması halları da baş verib. Ona görə də belə
xoşagəlməz halların olmaması üçün bir daha əhalini, paytaxt
sakinlərini diqqətli olmağa, xüsusilə də avtomobili olan
valideynləri övladlarının avtomobili idarə etməsinə yol verməməyə
çağırırıq. Ey valideynlər, avtomobillinizi uşaqlarınıza verməyin!
Bununla övladınıza yaxşılıq yox, pislik edirsiniz. Həmçinin unutmaq
olmaz ki, qanunla avtomobilin idarə edilməsini sürücülük vəsiqəsi
olmayan şəxsə etibar etdiyinə görə avtomobil sahibi özü də
məsuliyyət daşıyır".
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO