I və IV qruplara qəbul imtahanlarının nəticələri açıqlandı (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

I və IV qruplara qəbul imtahanlarının nəticələri açıqlandı (YENİLƏNİB)

Tələbə Qəbulu üzrə Dövlət Komisiyası əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə mayın 24-də keçirilmiş imtahanın nəticələrini elan edib.

TQDK-dan Publika.az-a verilən məlumata görə, nəticələri ilə qurumun internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış olmaq olar.

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 15224 abituriyentdən 1227 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 13997 abituriyentdən 29 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. TQDK-nın internet saytında imtahanda iştirak edən 13968 abituriyentin imtahan nəticələri yerləşdirilib.


İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

***

Mayın 24-də I və IV ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanının nəticələri bu gün açıqlanacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, nəticələrin bu gün axşam saatlarında elan olunması nəzərdə tutulur.

Nəticələr elan olunduqdan sonra hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm