Qırmızı.az
MTN-ə yeni səlahiyyət verildi
Nazirlər Kabineti Milli Təhlükəsizlik Nazirliyinin (MTN) səlahiyyətlərinin artırılmasını nəzərdə tutan qərar qəbul edib.
Publika.az-ın Nazirlər Kabinetinə istinadən
məlumatına görə, Nazirlər Kabineti “İxrac nəzarətinə düşən malların
nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin
nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı
malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac
nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları,
ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə
olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanlarının
Siyahısı”na dəyişiklik edilməsi barədə qərar qəbul edib.
Hökumətin 12 may tarixli qərarına əsasən, Siyahının "10-İML Hərbi
təyinatlı mallar" kateqoriyasının "ML10" bölməsinin 4-cü sütununa
birinci halda "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi,"
sözlərindən sonra "Milli Təhlükəsizlik Nazirliyi," sözləri əlavə
edilir. Yəni dəyişiklik Milli Təhlükəsizlik Nazirliyinin
səlahiyyətinin artırılması ilə bağlıdır.
Belə ki, aidiyyəti dövlət orqanlarının rəyləri əsasında hərbi təyinatlı uçuş aparatları, pilotsuz uçuş aparatları, raketlər, onların mühərrikləri, avadanlıqları və yardımçı avadanlıqları, hərbi təyinatı üçün xüsusi düzəldilmiş komponentlərin ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə xüsusi icazə verən orqan Nazirlər Kabinetidir.
Siyahıya əsasən bu sahədə ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə), Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirirdi. İndi bu sıraya MTN-in də adı əlavə olunur.
Yəni bundan sonra bu sahədə ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti MTN də həyata keçirəcək.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu