Qənirə Paşayeva makedoniyalıları I Avropa Oyunlarına dəvət etdi
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva makedoniyalıları I Avropa Oyunlarına dəvət etdi

Millət vəkili Qənirə Paşayeva Makedoniyanın Türk kökənli millət vəkillərini Qarabağ həqiqətlərinin yayılmasında səylərini daha da artırmağa çağırıb.


Millət vəkili Qənirə Paşayeva Makedoniya Türk Hərəkat Partiyasının üzvü, millət vəkili Enes İbrahim ilə görüşüb.

Publika.az xəbər verir ki, Enes İbrahimi illərdir tanıdığını, onun hər zaman Azərbaycanla bağlı, Qarabağ problemi, Xocalı Soyqırımının dünyada daha geniş tanıdılması məsələlərinə böyük duyarlılığı və verdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyən Qənirə Paşayeva onu Makedonya Parlamentində görməkdən hər bir azərbaycanlının şad olduğunu deyib.

Görüş və fikir mübadiləsi zamanı millət vəkili Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün türklər Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarını, qondarma erməni soyqırımı yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar.

Azərbaycanı çox sevdiyini deyən Makedoniya millət vəkili Enes İbrahim Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Azərbaycan həqiqətlərinin yayılması istiqamətində partiyasının səylərini bundan sonra daha da artıracaqlarını bildirib. O, həmçinin Azərbaycanın da Makedoniya və xüsusilə Makedoniyadakı türklərlə əməkdaşlığı daha da genişləndirəcəyinə inandığını və bu istiqamətdə böyük imkanların olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə konkret düşüncələr ətrafında müzakirələr aparılıb.

Millət vəkili Qənirə Paşayeva Azərbaycanda bir neçə gün sonra başlayacaq tarixi bir hadisə ilk avropa Olimpiya Oyunları ilə də bağlı fikirlərini bildirib və Makedoniyadakı qardaş və dostları oyunlara dəvət edib. Qeyd edib ki, onlar həm gözəl yarışmanı izləsinlər, həm də Azərbaycanı daha yaxından tanısınlar.

Görüşün sonunda Makedoniya Türk Hərəkat Partiyasının üzvü, millət vəkili Enes İbrahim millət vəkili Qənirə Paşayevanın hər zaman Makedoniya türklərinə,onların hakları ilə bağlı,onlarla əmkdaşlığın genişlnməsinə verdiyi dəstəyi yüksək qiymətləndirdiklərini deyərək ona plaket təqdim edib. Qənirə Paşayeva Enes İbrahimə Qarabağ həqiqətlərini özündə geniş əks etdirən və yaxın günlərdə Türkiyədə çapdan çıxmış "Karabağ hikayeleri" kitabını təqdim edib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm