YAP rayon təşkilatı 21 illiyini qeyd etdi
Bizi izləyin

Qırmızı.az

YAP rayon təşkilatı 21 illiyini qeyd etdi

YAP rayon təşkilatı y 21 illiyini qeyd etdi

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında rayon partiya təşkilatının yaranmasının 21 illiyi münasibətilə təntənəli tədbir keçirilib. Tədbirdə YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, YAP İcra Katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri və aparatın şöbə müdirləri, ərazi ilk partiya təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov rayon partiya təşkilatının yaranmasının 21 illiyi münasibətilə hər kəsi təbrik edib, YAP Binəqədi Rayon Təşkilatının 7 mart 1993-cü ildə yaradılmasından, təşkilatın keçdiyi yoldan və fəaliyyətindən danışıb. O tarixə qısa ekskurs edərək 1992 -ci ildə Azərbaycanın gələcək taleyini düşünən bir qrup ziyalının ümumilli lider Heydər Əliyevə müraciətini və Yeni Azərbaycan Partiyasının yaranmasını qeyd edib. O həmin dövrdə Azərbaycanın böyük çətinliklərlə üzləşdiyini, lakin bütün çətinliklərə baxmayaraq ümumilli lider Heydər Əliyevin üzaqgörən siyasəti nəticəsində inkişaf etdiyini və bu gün bu inkişaf siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib. Sədr 2013-cü il 9 oktyabr prezident seçkiləri dövrünə toxunaraq bu dövrdə YAP Binəqədi Rayon Təşkilatının seçkinin nəticələrinə görə ümumölkə üzrə ilk yerlərdə qərarlaşdırğını və bu dövrdə rayon partiya təşkilatının mühüm iş gördüyünü qeyd edib. Ramiz Göyüşov partiyanın üzvlərinin cəmiyyətin avanqard hissəsini təşkil etdiyini, hazırda YAP Binəqədi Rayon Təşkilatının sıralarında on dörd min üzvün olduğunu və bu üzvlərin əlli faizinin gənclərdən ibarət olduğunu bildirib.

Siyavuş Novruzov qeyd edib ki, Binəqədi Rayon Təşkilatı partiyanın ilkin dövrlərində yaranan ilk on rayon təşkilatından, Bakı şəhəri üzrə isə yaranan təşkilatların birincilərindəndir. Rayon Partiya Təşkilatı 21 il ərində gərgin yol keçib. O, Yeni Azərbaycan Partiyasının Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində müstəsna rolundan danışıb və bildirib ki, YAP Binəqədi Rayon Təşkilatını yaradan insanlar həmin dövrdə cəmiyyətdə çətinliklərdən keçərək əzmkarlıq nümayiş etdiriblər. Bu gün Yeni Azərbaycan Partiyası region və Avropa üzrə ən mütəşəkkil siyasi qüvvə, partiyadır. S. Novruzov qeyd edib ki, rayon partiya təşkilatının prezident seçkiləri dövründə işi yüksək səviyyədə təşkil olunub. Qərargahların təşkili, seçkidə müşahidəçilik, təbliğat-təşviqatın aparılması baxımından əhəmiyyətli işlər görülüb. Binəqədi Rayon Təşkilatı seçki dövründə öz fəaliyyətində son seçki texnologiyalarından istifadə edib. Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı, rayonda olan idarə və müəssisələr bir nöqtəyə vuraraq dövlətin, prezidentin siyasətini yerinə yetiriblər, dövlətimizin iqtisadi qüdrəti üçün öz qüvvələrini səfərbər ediblər. O dünyada gedən proseslərdən danışaraq ölkədə ictimai-siyasi sabitliyin vacib olduğunu qeyd edib. Natiq Azərbaycan gənclərini informasiya və komminikasiya texnologiyalarının son nailiyyətlərindən istifadə etməklə Azərbaycan reallıqlarını dünyaya yaymağa və bu işdə fəal olmağa səsləyib. Binəqədi rayonunda görülən işlərdən danışan natiq rayonda dövlət siyasətinin icrasından və bu siyasətinin uğurlu icrası üçün rayon rəhbərliyinin mühüm işlər gördüyündən danışıb.

Eldar İbrahimov YAP Binəqədi Rayon Təşkilatının yaranmasından danışıb, 7 mart 1993-cü ildə Binəqədi Rayon Partiya Təşkilatının yaranmasında zəhməti olanlara minnətdarlığını bildirib.

Kərim Kərimov hər kəsi rayon partiya təşkilatının yaranmasının 21 illiyi münasibətilə təbrik edib. Kərim Kərimov qeyd edib ki, təqdirəlayiq haldır ki, bu gün möhtəşəm bina YAP Binəqədi Rayon Təşkilatının ixtiyarındadır. Natiq Binəqədi rayonunda gedən abadlıq - quruculuq işlərini qeyd edib, son dövrlər rayonun çox inkişaf etdiyini qeyd edib və Rayon İcra Hakimiyyəti başçısına aparılan quruculuq işlərinə görə öz təşəkkürünü bildirib.

Sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov tədbir iştirakçılarına Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərovun təbrikini çatdırıb. O ölkədə aparılan iqtisadi inkişafdan danışıb, bu inkişafın Bakı şəhərinin bir hissəsi olan Binəqədi rayonunda da uğurla aparıldığını qeyd edib.

Sonda Binəqədi rayonunun ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup şəxsə Fəxri Fərmanlar və qiymətli hədiyyələr verilib, YAP sıralarına yenicə daxil olmuş bir qrup şəxsə isə partiya vəsiqələri təqdim edilib.

Sonda tədbir bədii hissə ilə davam etdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm