Avropa Oyunları ərəfəsində Bakıda konsertlər keçiriləcək - FOTO
Bizi izləyin

Qırmızı.az

Avropa Oyunları ərəfəsində Bakıda konsertlər keçiriləcək - FOTO

Bakıda keçirilən I Avropa Oyunları günlərində Mədəniyyət və Turizm Nazirliyi və Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə ölkəmizə gələn turistlər üçün iyunun 12-dən 28-dək maraqlı konsert proqramlar hazırlayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, 16 iyun tarixində saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində "Sexteto Mayor" qrupunun konserti, 20 iyun tarixində 19:00-da Heydər Əliyev Sarayında "Kibbutz Contemporary Dance Company "Blackout (Lullaby For Bach)" konserti, 21 iyun tarixində saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında Ondekoza: Japanese Demon Drummers Revives Earth "Put the soul into one strike" (Yaponiya) konserti, 22 iyun tarixində saat 19:00-da Heydər Əliyev Sarayında Alla Duhova's TODES Ballet: "ATTENTION" konserti olacaq.

Bundan başqa, 24 iyun tarixində saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında Le Div4's: "The Great Italy" və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri. Dirijor - Marçello Rota (İtaliya) konserti və 26 iyun tarixində saat 19:00-da Heydər Əliyev Sarayında Rhythm of the Dance: "Back to our Irish Roots" konserti keçiriləcək.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm