Bakı 2015-ci ilin ən gəzməli yerlərin SİYAHISINDA
Bizi izləyin

Qırmızı.az

Bakı 2015-ci ilin ən gəzməli yerlərin SİYAHISINDA

Bələdçilər üçün ixtisaslaşan “Lonely planet” mətbuatı Avropada ən maraqlı yerlərin siyahısını hazırlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Avropada gəzmək üçün ən yaxşı yer İslandiyanın Akyureyri şəhəri hesab olunur.

Reytinqi hazırlayan müəlliflərin sözlərinə görə, şəhərin fyord ətrafında yerləşməsi, balıqçı evləri, yaşıl örüşləri, yer altı suları, şəlalələrinin olması Akyureyrini birinciliyə çıxarıb.

Siyahının ikinci yerində Almaniyanın Leypziq şəhəridir. Belə ki, bu il şəhərdə bir sıra sərgi və festivallar keçiriləcək.

Üçüncü yerdə isə Portuqaliyanın Azor adalarıdır. Siyahıya keçmiş Sovet Sosialist ölkələrindən təkcə Azərbaycanın paytaxtı Bakı şəhəri daxil olub.

Siyahını təqdim edirik:

  1. Akyureyri, İslandiya
  2. Leypziq, Almaniya
  3. Azor adaları, Portuqaliya
  4. Malaqa, İspaniya
  5. Belqrad, Serbiya
  6. Pyemont, İtaliya
  7. Bakı, Azərbaycan
  8. Amsterdam, Hollandiya
  9. Tromsö, Norveç
  10. Portu, Portuqaliya

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm