“Əl-Cəzirə”: “Azərbaycan "Formula 1" yarışları ilə dünyanın 20 ölkəsi arasına daxil olacaq”
Bizi izləyin

Qırmızı.az

“Əl-Cəzirə”: “Azərbaycan "Formula 1" yarışları ilə dünyanın 20 ölkəsi arasına daxil olacaq”

“Əl-Cəzirə Türk” telekanalının saytında gələn il Bakıda keçiriləcək Formula 1 yarışları haqda məqalə dərc olunub.

Publika.az xəbər verir ki, telekanalın idman redaktoru Əhməd Sivaslının müəllifi olduğu məqalədə deyilir ki, Bakıda Avropa Oyunlarından sonra gözlər Formula 1 pilotlarına dönəcək: “Dünyanın ən sürətli pilotları gələn il Bakı küçələrində yarışacaq”.

Məqalədə qeyd olunur ki, Formula 1 dünyanın ən populyar avtomobil yarışıdır: “İndiyə qədər 31 ölkədə keçirilib. 2019-cu il təqvimində isə 19 ölkə var. Formula 1 yarışlarının keçirildiyi ölkələrdə güclü iqtisadiyyat, yaxşı reklam strategiyası və bununla maraqlanan azarkeşlər olmalıdır. Formula 1 Türkiyədə ilk dəfə 2005-ci ildə keçirildi və 7 il davam etdi. Bernie Ecclestonenin yüksək haqq tələb etməsi və bu idmana ölkədə marağın azalması ilə İstanbul Qran Prisi 2012-ci ildə təqvimdən çıxarıldı. Lakin dünyanın 200-dən çox ölkəsində canlı yayımlanan Formula 1 yarışlarına maraq həmişə var. Son illərdə idman turizminə böyük diqqət yetirən Azərbaycan da bu ölkələrdən biridir. Qafqaz ölkəsi 2016-cı ilin təqviminə daxil olub. Gələn il dünyanın ən güclü pilotları Bakıda yarışacaq. Digər yerlərdən fərqli olaraq, Bakının özünəməxsusluğu yarışların küçə yollarında keçirilməsindədir”.

“Əl-Cəzirə Türk”ə danışan Türkiyənin Formula 1 spikeri Serhan Acarın fikrincə, bu yarışların Azərbaycanda təşkil olunması ölkənin beynəlxalq imici və təsir gücünün artmasına böyük imkan yaradacaq: “Yarışın Bakı Avropa Qrand Prisi adı altında keçirilməsinə də bu yöndən baxmaq lazımdır. Azərbaycanda yarışlar üçün xüsusi yolların qurulması əvəzinə Bakının küçələrindən istifadə olunacaq. Bu baxımdan, Formula 1 yollarının məşhur memarı Hermann Tilkenin qurduğu 6 kilometrlik yol ölkənin tanıdılmasına da xidmət edəcək. Çünki Monaka kimi küçə yollarında həyacanlı və çoxlu tranpilinləri olan yarışlar izləyə bilməsək də, bu yollar şəhərn gözəlliyinin daha çox təqdim edilməsinə imkan yaradır. Ümumilikdə, Azərbaycanın Formula 1 yarışlarının təşkil olunduğu dünyanın güclü iqtisadiyyata malik 20 ölkəsi arasına daxil olaraq, “mən də varam” deməsi ölkə üçün önəmli bir addımdır”.

Məqalədə deyilir ki, Çinin Tiananmen, İranın Azadi, Rusiyanın Qızıl Meydanı kimi Bakının da Azadlıq meydanı dünya tarixinin yazıldığı məkanlardan biridir: “Azadlıq müstəqillik mənasını daşıyır. Keçmişdə bura Lenin meydanı deyilirdi. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edəndən sonra meydana Azadlıq adı verildi. Həmin dövrdə yüzlərlə azəbaycanlı Sovet ordusu tərəfindən öldürüldü. İndi bu meydan Bakının turistlərin ən çox marağına tuş gələn yerlərindəndir. Şəhərin ən məşhur otellərinin də Azadlıq meydanına panoraması var. Bakı Avropa Qrand Prisinə bu meydandan start veriləcək. Xəzər dənizinin sahili boyu uzanan küçədən keçəcək avtomobillər tarixi İçərişəhərin ətrafında tur ataraq, yenə Aazadlıq meydanında finişə çaatacaq”.

Bakıda ilk Avropa Oyunlarını izləyən türkiyəli jurnalist Murat Ağca Formula 1 yarışlarının Azərbaycanda keçirilməsi haqda fikirlərini bölüşüb.

“Formula 1 yarışlarını keçirmək istəyən ölkələri iki yerə ayırmaq olar: Motoidmançıların kök saldığı və izlənildiyi ölkələr (İtaliya, İngiltərə Fransa kimi) və Formula 1-ə iqtisadi və turizm tərəfindən baxanlar. Formula 1-i bir sirk kimi təsəvvür edin. Bütün dünyanı gəzir. Hazırda Qərbdə böhran yaşanır. Ona görə də iqtisadi vəziyyyəti yaxşı olan ölkələr bu yarışları keçirmək istəyirlər. Çin, Malaziya, Orta Şərq, Bəhreyn, indi isə Azərbaycan. Azərbaycan idman turizminə diqqət ayırmaqla bu ölkənin nələrə qadir olduğunu, bu xalqın nələr edə biləcəyini, beynəlxalq turnirləri təşkil etmək potensialına malik olduğunu dünyaya sübut edə bilir. Bakıda keçiriləcək Formula 1-in küçə yollarında təşkil olunması da sərfəlidir. Belə olanda hökumət əlavə pul xərcləməyəcək. Bu, eyni zamanda azarkeşlər üçün də zövqlü olacaq. Bakının küçələri Formula 1 üçün olduqca əlverişlidir”, - deyə türkiyəli jurnalist bildirib.

Məqalənin tam mətni ilə bu linkdən tanış ola bilərsiniz

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm