Qırmızı.az
Zakir Həsənov: "Başqa yolumuz yoxdur"
İyunun 20-də Müdafiə Nazirliyində Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətilə 2015-ci ilin qış
tədris dövrünün yekunlarına həsr olunmuş Kollegiya iclası
keçirilib.
Publika.az xəbər verir ki, toplantıda Müdafiə nazirinin müavinləri,
Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, birlik
komandirləri, Müdafiə Nazirliyinin baş idarə, idarə və xidmət,
xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri və digər məsul
zabitlər iştirak edib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevin tapşırığına əsasən orduda aparılan
islahatların davam etdirilməsi, hərbi hissələrin döyüşə hazırlıq
vəziyyəti, hərbi qulluqçuların mənəvi-psixoloji durumu,
nizam-intizamın gücləndirilməsi, şəxsi heyətin sosial-məişət
şəraitinin daha da yaxşılaşdırılması sahəsində görülən işlər
haqqında geniş məruzə ilə çıxış edib.
Kollegiya iclasında hesabat dövründə istiqamətlər üzrə görülən
fəaliyyətlərlə bağlı vəzifəli şəxslərin məruzələri dinlənilib və
müvafiq tapşırıqlar verilib.
Müdafiə naziri yekunda Ali Baş Komandan İlham Əliyevin Silahlı
Qüvvələrin inkişafını əsas prioritet məsələ hesab etdiyini bir daha
diqqətə çatdırıb və bunun da hərbçilər üçün böyük etimad olduğunu
xüsusi vurğulayıb. Müdafiə naziri bildirib: "Etimadı doğrultmaq
üçün hamımız xalq qarşısında məsuliyyətimizi dərindən dərk etməli,
torpaqlarımızın azad edilməsi məqsədilə gecə-gündüz çalışaraq hər
an döyüşə hazır vəziyyətdə olmalıyıq. Bizim başqa yolumuz yoxdur,
çünki bu, hər birimiz üçün tarixi məqamdır."
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu