Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzi yaradılır
Bizi izləyin

Qırmızı.az

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzi yaradılır

Azərbaycan hökuməti Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin yaradılması haqqında qərar qəbul edib.

Nazirlər Kabinetindən Publika.az-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu ilə razılaşdırılmış təklifinə əsasən Nazirlər Kabineti qərara alır:

1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılsın.

2. Heydər Əliyev Fondu ilə “Uralsib” Maliyyə Korporasiyası tərəfindən birlikdə həyata keçirilmiş layihə çərçivəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, Abbas Fətullayev küçəsi, 29A ünvanında 0,1092 ha torpaq sahəsində inşa edilmiş Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Reabilitasiya Müəssisəsinin binası, avadanlıqları, digər əsas vəsaitləri və mal-materialları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində yaradılan Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin balansına verilsin.

3. Müəyyən edilsin ki, Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin saxlanılması üçün tələb olunan xərclər Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bir ay müddətində Müəssisəsinin Nizamnaməsini təsdiq etməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm