İsti havalarla bağlı sürücülərə XƏBƏRDARLIQ
Bizi izləyin

Qırmızı.az

İsti havalarla bağlı sürücülərə XƏBƏRDARLIQ

Respublika Baş Dövlət Yol Polisi İdarəsi havaların isti keçməsilə əlaqədar sürücülərə müraciət edib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ANS PRESS-ə açıqlamasında bildirib ki, sürücülərdən soyuducu sistemi olmayan avtomobillərdən istifadə etməmək tövsiyə olunur. İdarə rəsmisinin sözlərinə görə, yayda qeydə alınan yol qəzalarının əksəriyyəti günorta saatlarında baş verib.

“Günorta vaxtlarında qeydə alınan yol nəqliyyat hadisələri istinin nəticəsində olur. İsti hava və havada olan müxtəlif qazlar sürücüyə həm psixoloji, həm də fizioloji təsir edir. Sürücülərdən saat 13.00-dan 17.00-dək avtomobillərdən mümkün qədər az istifadə etmələrini, kondisioneri olmayan maşınlardan isə ümumiyyətlə istifadə etməmələri xahiş olunur”.

K.Əliyev bu problemin ictimai nəqliyyatda daha çox rast gəlindiyini bildirdi. Onun sözlərinə görə, avtobus sürücüləri daha diqqətli olmalıdırlar. “Avtobus sürücüləri təkcə özlərinin deyil, sərnişinlərin həyatları ilə də riskə gedirlər. Düzdür, rayon istiqamətində hərəkət edən avtobuslarda soyuducu sistem var, amma şəhər içərisində nəqliyyatın əksəriyyətində bu yoxdur”.

Həkimlər də isti havada avtomobil idarə edənlərə tövsiyyə edir ki, bacardıqları qədər su içsinlər və tez-tez sükan arxasından qalxsınlar. Həkim Tamilla Kərimova ANS PRESS-ə açıqlamasında bildirib ki, sürücülər bacardıqları qədər isti havada sükan arxasında az otursunlar, ya soyuducu sistemdən istifadə etsinlər, vintelyasiya sistemini işlək saxlasınlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm