Qırmızı.az
Ombudsman Aparatının əməkdaşları məhbuslarla görüşüblər
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsinə (CM) əvvəlcədən xəbərdarlıq etmədən tam gün ərzində başçəkmə həyata keçiriblər.
Ombudsman Aparatının mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.
Başçəkmə zamanı MPQ üzvləri tərəfindən müəssisə daxilində müxtəlif obyektlərdə 60-dan çox məhkum fərdi qaydada dinlənilib, habelə 12 nəfər öz xahişi ilə təkbətək qəbul edilib, söhbətlər aparılıb və bəzi müraciətlər yerində araşdırılıb.
Məhkumlara hüquqları, əfvlə bağlı müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, onlara qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.
Habelə CM-in mətbəx, ərzaq anbarı, yeməkxana və yataqxanalarına,
tibb-sanitar hissəsinə, cərimə təcridxanasına, karantin, görüş və
istirahət yerlərinə və digər obyektlərə baxışlar keçirilmiş, mövcud
vəziyyət araşdırılıb.
Başçəkmə çərçivəsində Azərbaycan Respublikasının Cəzaların
İcrası Məcəlləsinə və Cəzaçəkmə müəssisələrinin daxili intizam
Qaydalarına müvafiq şəkildə müəssisə rəhbərliyinə saxlanılma
şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha
da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.
Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.
Gülnar Əliyeva
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu