• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Sabahdan külək mülayimləşəcək

Sabahdan külək mülayimləşəcək

Bakıda müşahidə olunan güclü şimal küləyi iyulun 5-dən mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, iyulun 5-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək.

Paytaxtda havanın temperaturunun gecə 20-25, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində iyulun 5-də hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 22-27, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 25-30 isti olacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR