Qırmızı.az
Bulvarda yenilik - yeni karusellər, attraksionlar gətirilir
Yaxın zamanlarda Bulvarda yeni karusel və attraksionlar istifadəyə veriləcək. Artıq bununla bağlı danışıqlar aparılır.
Bunu Publika.az-a açıqlamasında Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.
Onun sözlərinə görə, attraksionların sayı dəqiq bəlli deyil. Lakin əsas istək Ağ şəhər və Bayıl bulvarında yeni karusel və attraksionların istifadəyə verilməsidir.
“Hazırda həmin ərazidə yalnız oturacaqlar quraşdırılıb. Əhalinin istirahəti üçün əlavə işlər görməliyik. Bunun üçün də yeni attraksionların quraşdırılması, kafelər, restoranlar və müasir əyləncə mərkəzlərini istifadəyə verməyi planlaşdırırıq. Ümumiyyətlə, Bulvar ərazisində yeni karusellərin gətirilməsi hər zaman planda olur”.
N.Məcidov onu da bildirib ki, Dənizkənarı Bulvar İdarəsi ərazisinə 2 ədəd hündür retro maşınlar gətirilib.
“12 nəfər sərnişin tutumuna malik retro maşınlara maraq var. Xüsusən də yay aylarında yeniliklərə maraq yüksək olur. Nə qədər ki, əhalinin marağı var, bu maşınlardan istifadə edəcəklər. Retro maşınlardan istifadə haqqı 2-3 manat arasındadır. Digər yeni attraksionların qiyməti əvvəlkilərdən fərqli olmayacaq. Hazırda attraksionların qiyməti 2-5 manat arasında dəyişir”.
N.Məcidov qeyd edib ki, bulvar ərazisində bu ayın sonuna yaxın uşaqlar üçün pulsuz əyləncələr təşkil ediləcək.
Gülxar
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Avropa bankının pulunu mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı