• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Səbuhi Rəhimlidən mayın 8-nə olan astroloji proqnoz

  • Qoroskop
  • 8 May 2014 00:34
  • 2 960 Baxış
Səbuhi Rəhimlidən mayın 8-nə olan astroloji proqnoz

QOÇ - Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın. Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

BUĞA - Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz. Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

ƏKİZLƏR - Yersiz risklərə lüzum yoxdur. Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG - Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz. Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

ŞİR - Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın. Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ - Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ - Ola bilsin ki, yeni iş təklifləri alasınız. Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB - Böyük işlər astanasındasınız. Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN - Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin. Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

OĞLAQ - İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin. Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

SUTÖKƏN - Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin. Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR - Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız. Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR