Gələn il Azərbaycanda dörd Ay və Günəş tutulması hadisəsi baş verəcək
Bizi izləyin

Qoroskop

Gələn il Azərbaycanda dörd Ay və Günəş tutulması hadisəsi baş verəcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov Trend-ə bildirib ki, Azərbaycanda gələn il bu təbiət hadisələrindən birini - martın 20-də baş verəcək Günəş tutulmasını qismən müşahidə etmək mümkün olacaq.

Günəş tutulması martın 20-si saat 11:40-da başlayacaq, saat 15:48-də başa çatmaqla 4 saat 8 dəqiqə davam edəcək. Günəş tutulması maksimumuna saat 13:44-də çatacaq. Azərbaycandan isə Günəş tutulması 1 saat 30 dəqiqə ərzində müşahidə ediləcək: “Belə ki, ölkəmizdə Günəş tutulmasının müşahidə olunması saat 13:46-da başlayacaq, saat 14:30-da maksimumda olacaq, saat 15:18-də isə başa çatacaq. Günəş tutulmasını biz yalnız qismən müşahidə edə biləcəyik. Biz baxdıqda görəcəyik ki, Ayın diski Günəşin yarı səhtini örtüb".

X.Mikayılovun sözlərinə görə, Günəş tutulmasını Şimali Afrika, Şimali Asiya və Avropa ölkələrində qismən, İslandiya, Atlantik okeanının şimal hissəsində və Şimal Buzlu Okeanı hövzəsində isə tam müşahidə etmək mümkün olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm