2015-ci ildə hansı bürclərin bəxti gətirəcək? - PROQNOZ
Bizi izləyin

Qoroskop

2015-ci ildə hansı bürclərin bəxti gətirəcək? - PROQNOZ

Məşhur rus astroloqu Vasilisa Volodina 2015-ci ildə bəxti gətirəcək bürclərin siyahısını hazırlayıb. Onun proqnozlarına görə, keçi ili bir çox bürcün nümayəndələri üçün uğurlu keçəcək. Lakin elə bürcün nümayəndələri olacaq ki, onların bəxti sanki ovcunda olacaq.

Publika.az 2015-ci ildə bəxti gətirəcək bürclərin siyahısını təqdim edir.

2015-ci il - Taxta Keçi ili 5 bürcün üzünə gülümsəyəcək: bunlar Dolça, Tərəzi, Qoç, ƏkizlərŞir bürcüdür. Bu bürc altında doğulan insanlar hər şeyə müvəffəq olacaqlar. Əlbəttə, il onlar üçün problem və dava-dalaşları da istisna etmir. Lakin onlar asanlıqla hər şeyin öhdəsindən gələ biləcək. Bundan əlavə, onların ətrafda baş verənlərə münasibətləri də dəyişəcək. Yəqin, bu da başa çatmaqda olan ildən irəli gəlir. Vasilisa Volodinanın sözlərinə görə, 2014-cü il bir çoxları üçün kifayət qədər ağır il olub. Möhkəm xarakter, yeni canfəşanlıq və pozitiv əhvali-ruhiyyə adı çəkilən bürclərin uğuru özünə cəlb etmək üçün inamını yaradacaq.

2015-ci ilin qoroskopu məsləhət görür ki, Buğa, XərçəngOğlaq bürcünün nümayəndələri öz gələcəkləri üçün az narahatlıq keçirtsinlər. Bu bürcün nümayəndələri problemi daim beynində axtardığı və perspektiv görmədiyi üçün 2015-ci ildə az bəxti gətirəcək. Oğlaqların 2015-ci ilin simvolu olan Taxta Keçi ilə buynuzlaşmasına əsas yoxdur. Oğlaqların həyatında baş verənlərə Keçi ili maneçilik törətməyəcək. 2015-ci ildə Xərçənglər arzu və məqsədlərinə diqqət ayırmaq məsləhət görülür. Öz arzu və istəklərinin əsasında həyatını qurmağın zamanı çatıb. Taxta Keçi daim Buğaları arxasından itələyəcək ki, onlar, nəhayət, hərəkətə keçib qarşılarına qoyduğu məqsədə nail olsunlar.

Oxatan, Balıq, ƏqrəbQız bürcü öz xoşbəxtliyi uğrunda mübarizə aparmalı olacaq. Bundan əlavə, adı çəkilən bürclərin nümayəndələri möcüzə və bəxtlərinin gətirməsinə inanmaları məsləhət görülür. O zaman xoşbəxtlik onların üzünə gülümsəyəcək. Vasilisa Volodina onlara pozitiv düşünməyi tövsiyə edir. Çünki 2015-ci ildə düşüncə və fikirlər tezliklə gerçəkləşəcək.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm