• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Astroloji proqnoz - 14 mart

  • Qoroskop
  • 14 Mart 2015 00:03
  • 1 289 Baxış
Astroloji proqnoz - 14 mart

QOÇ - Təxminən saat 13-ə qədər mübahisə və qalmaqallar gözlənildiyindən özünüzü qoruyun. Sonrakı müddətdə isə vəziyyət qismən sabitləşəcək. İşlə bağlı məsuliyyətinizi dərk edin.

BUĞA – Bir qədər mistik anlamlı təqvim olduğunu nəzərə alın. Tanrıya zidd olan addımlardan yayının, yalnız savab işlər görün. Çalışın ki, dilinizdən yalnız xoş sözlər çıxsın, hamı sizi sevsin.

ƏKİZLƏR - Ailə üzvlərinizlə bağlı yaranmış problemləri özünüzə dərd etməyin. Hər şeyi taleyin axarına buraxın. İndi sizə onlara qarşı mülayim mövqe nümayiş etdirmək lazımdır. Səhhətinizə fikir verin.

XƏRÇƏNG - Ailə-sevgi münasibətlərini qaydasına salmaq üçün gözəl fürsətdir. Öz eşqinizi izhar etmək istəyirsinizsə, bir an da vaxt itirməyin. Pul məsələlərində isə ehtiyatlı olun.

ŞİR - Yaxşı olar ki, əsas vaxtınızı fəaliyyət sahəsində xərcləyin. Münasibət qurmaq, hansısa qlobal problemi həll etmək, uzaq səfərə çıxmaq üçün uğurlu ərəfə deyil. Yalan vədlər verməyin.

QIZ - İş yoldaşlarınızla, qonşu və qohumlarınızla mülayim davranın. Hətta təqsirkar qarşı tərəf olsa da, təmkin göstərib neytrallığınızı qorumağa çalışın. Müştərək fəaliyyətdən uzaq olun.

TƏRƏZİ - Bu gün ilk növbədə sağlıq durumunuza diqqət yetirməlisiniz. Astroloji göstəricilər daxili orqanlarınızda problemlərin baş qaldıracağını göstərir. Qalan işləriniz normal olacaq.

ƏQRƏB - Ulduzların düzümü riskdən uzaq olmağı tövsiyə edir. Əks təqdirdə cəhdləriniz boşa çıxacaq. Nahar ərəfəsində isə perspektivli danışıqlarda iştirakınız gözlənilir. Pul barədə qənaətcil olun.

OXATAN - Fəaliyyətlə bağlı yeni gedişlər etmək üçün imkan qazanacaqsınız. Bu yönümdə müttəfiqlərinizin köməyindən maksimum yararlanmağa çalışın. Bu gün yaşlı xəstə və ya qohumlarınıza mütləq baş çəkin ki, savablarınız artsın.

OĞLAQ - Hər mənada uğurlu gündür. Göy qübbəsi müdafiənizdə durduğu üçün ovqatınız xoş olacaq. Günün ikinci yarısında şəxsi büdcənizi artırmaq üçün kifayət qədər şans qazanacaqsınız.

SUTÖKƏN - Göy qübbəsi daha çox şəxsi büdcənizdə artım olacağını vurğulayır. Odur ki, bütün enerjinizi məhz deyilən istiqamətə yönəltməyə çalışın. Axşama yaxın aldanma ehtimalınız da var. Tədbirli olun.

BALIQLAR - O qədər də uğurlu gün deyil. Nəzərdə tutduğunuz ciddi planları təxirə salın. Qarşılıqlı münasibətlər zəminində ehtiyatlı olun. Sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməyin.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR