• USD 1,7022 0,00% EUR 1,8999 0,00%
    • GBP 2,1620 0,00% RUB 0,0285 0,00%

Səbuhi Rəhimlidən fevralın 28-nə olan astroloji proqnoz

  • Qoroskop
  • 28 Fevral 2014 00:34
  • 3 490 Baxış
Səbuhi Rəhimlidən fevralın 28-nə olan astroloji proqnoz

QOÇ - Hiss olunur ki, darıxdırıcı məqamlar yaşamaqdasınız. Bəzən də düşünürsünüz ki, zülmətə bürünmüş dünyamızın təklənmiş sakinisiniz. Baxışlarınızı dəyişin. Çünki yanlış fikirləşirsiniz.

BUĞA - Böyük yeniliklər astanasındasınız. Bu səbəbdən də hazırkı sıxıntılarınıza görə narahat olmayın. Səbrli və ümidli olun ki, yaxınlaşmaqda olan sürprizlər sizdən yan keçməsin.

ƏKİZLƏR - Götür-qoy etmək limmitiniz başa çatdığı üçün konkret işə keçin. Artıq bu ərəfədə hansı perspektivlərə yiyələnəcəyinizi təyin etməlisiniz. Müttəfiqlərinizi dəqiqləşdirin.

XƏRÇƏNG - Uzaq səfərə çıxmağa dəyər. Çünki Göy qübbəsi deyilən istiqamətdə bəxtinizi parlada bilər. Kosmik məkanın astroloji mənzərəsi yaxınlarınıza laqeyd qalmamağı tövsiyə edir.

ŞİR - Əsas enerjinizi əməkdaşlıq istiqamətinə yönəldin. Elə taktika seçin ki, ətrafda ikrah oyatmasın. Sevgilinizlə romantik bir gəzintiyə çıxmaq, münasibətləri aydınlaşdırmaq üçün də düşərlidir.

QIZ - İstər sağlıq durumunuzda, istərsə də əməli fəaliyyətinizdə mövcud olan xoşagəlməzliklər artıq arxada qalacaq. Ona görə də qarşınızda duran öhdəliklərə layiqincə əməl edin.

TƏRƏZİ - Bəri başdan yadda saxlayın ki, bu təqvimdə çoxsaylı və maraqlı hadisələrlə baş-başa qalacaqsınız. İstər ailə-sevgi münasibətlərində, istərsə də fəaliyyətdə hər şey ürəyinizcə olacaq.

ƏQRƏB - Həftənin ən ideal təqvimini yaşayacaqsınız. Ən böyük uğurlarınız isə məhəbbət aləmində baş verəcək. Əgər aktivlik göstərsəniz, nahardan sonra varlana da bilərsiniz. Uzaq yola çıxmayın.

OXATAN - Səhhətinizlə bağlı xırda narahatçılığınızı nəzərə almasaq, günün ümumi mənzərəsi xeyrinizə olacaq. Ələlxüsus da nahardan sonra cərəyan edən olaylara görə bu təqvimdən razı qalacaqsınız.

OĞLAQ - Çoxsaylı görüşlərdə iştirak edəcəyinizdən xəbər verən ulduzlar hansısa xoşagəlməzliklə rastlaşma ehtimalınızı təkzib edir. Əksinə, ətrafınızda olanların hər biri ovqatınızı yüksəldəcək.

SUTÖKƏN - Ay bürcünüzdə olduğu üçün fiziki işləri azaltmalı, əsas diqqəti istirahətə yönəltməlisiniz. Yaxşı olar ki, saat 14-17 arası ziyarətə gedəsiniz. Pul sövdələşmələrini isə təxirə salın.

BALIQLAR - Maliyyə problemləriniz artsa da, nəzərdə tutduğunuz işlərin öhdəsindən gələcəksiniz. "Hakim" bürc olduğunuzdan enerjiniz artacaq, günortadan sonra maraqlı insanlarla görüşəcəksiniz.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR