• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Niyə aclıq qəzəb doğurur? - heyrətamiz elmi izahı

Niyə aclıq qəzəb doğurur? - heyrətamiz elmi izahı

Siz də acanda qəzəblənirsiniz?

Ac insanda əsəbilik, çılğınlıq, davakarlıq və hətta qəzəb müşahidə edilir. Bu qəzəbə nəzarət etmək mümkün deyil, o kordur və həmin vaxt insan düşünülməmiş hərəkətlər etməyə qadirdir.

Publika.az-ın sağlamlıq bölməsi aclıqla qəzəb arasındakı əlaqəni araşdırıb:

Bədənimizdə enerji tələb edən müxtəlif proseslər gedir. Əgər enerji ehtiyatı vaxtında təmin edilməyəndə acırıq. Burada hər hansı elmi izah, yaxud sirr yoxdur. Lakin həmin aclıq əsəbiliklə müşahidə olunursa, bu məsləhətdən istifadə edin:

Mütləq qida dəyəri yüksək olan sağlam qidalara üstünlük verin. Şəkər, un məmulatları, şirniyyat kimi yüksək karbohidratlı qidaları məhdudlaşdırın. Onda acdığınız zaman özünə və ətrafdakılara qarşı qəzəbli olmayacaq, davranışlarınıza nəzarət edə biləcəksiniz.

Şəkərin qan hüceyrələrinə yayılması tez acmağın birinci səbəbidir. Qlükoza ehtiyatı orqanizmdə bitəndə aclıq hissi daha da şiddətlənir. Beyin pis işləməyə başlayır, orqanizm gərginləşir, bədən birdən-birə zəiflədiyini “fikirləşir”, ona görə də qlükoza ehtiyatının doldurulmasını tələb edir. Bu məqamda şokoladla qəlyanaltı etmək ən axmaq plandır. Qəzəbi şokoladla yox edə bilərsiniz, lakin qanda qalxan şəkər səviyyəsinə nəzarəti itirəcəksiniz. Şokolad isə aclığı qısa müddətdə öldürəcək, təsiri itəndən sonra aclıq sizi yenidən öz əlinə alacaq. Qanda şəkərin kəskin şəkildə qalxması isə diabet xəstəliyinə yol aça bilər. Bunu yadınızda saxlayın və gündə 3 dəfə böyük porsiyalarla deyil, 5 dəfə və az-az qidalanın.

Qanda şəkərin kəskin şəkildə dəyişməsi ancaq qəzəb hissi doğurmur. Qlükoza çatışmazlığı zamanı beyin hipofiz və böyrəküstü vəzilərə siqnallar göndərə bilər. Bu zaman adrenalin və kortizol hormonları ifraz olunur. Onlar aclığa reaksiya olaraq təbii mexanizmi işə salır, insanı özündən çıxmasına vadar edir. Məhz bu hormonlar hədsiz dərəcədə acanda insanları yüksək tonda danışmağa vadar edir.

Genetik faktorlar da şiddətli aclığa səbəb olur. Əgər valideynlərinizin ac olan zaman qəzəbləndiklərini hiss etmisinizsə, onda bu xüsusiyyət sizə də keçəcək. Çünki qəzəb və aclığa eyni genlə nəzarət olunur!

Ona görə də mütəxəssislər mühüm məsələləri ac olanda həll etməməyi məsləhət görmür.

Şirniyyat və un yeməkdən qaçın, gün ərzində sağlam qidalar qəbul edin. Əgər bu elementar qaydalara riayət etsəniz, aclıq tutmaları, qəfil əsəbilik daha sizi narahat etməyəcək.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR