Sağlamlıq
Varikozun qarşısını alan təbii üsul
Damar Cərrahiyyəsi üzrə mütəxəssis Nezihi Küçükarslan üzüm çəyirdəyinin damar divar quruluşunu qoruyaraq, varikoz genişlənməsinin qarşısını aldığını bildirib. Onun sözlərinə görə, üzüm çəyirdəyi varikoza qarşı qoruyucu təsirə malikdir.
Publika.az-ın sağlamlıq bölməsi xəbər verir ki, professor Küçükarslan varikozdan qorunmaq üçün üzüm çəyirdəyi yeməyi tövsiyə edib. O, bildirib ki, çoxları çəyirdəksiz üzüm almağa üstünlük verir. Bu isə əslində, doğru deyil.
Onun sözlərinə görə, üzüm çəyirdəyinin faydalarını ilk dəfə 1947-ci ildə fransalı professor Con Masquelier kəşf edib. O, apardığı araşdırma ilə üzüm çəyirdəyinin zəhərli, kanserogen maddə və ya orqanizmə zərərli olmadığını, əksinə, bir çox faydalarını üzə çıxarıb.
Üzüm çəyirdəyi damar xəstəliklərinə müsbət təsir göstərir. Damar divarlarını qoruyur, varikoz genişlənməsinin qarşısını alır. Üzüm çəyirdəyi tıxanmış qan damarlarını sağaldır. Zəifləmiş qan damarlarını gücləndirərək qan dövranı pozulmasının normallaşmasına kömək edir.
Üzüm çəyirdəyinin tərkibinə ürək və damarları qoruyan maddələr: linol, palmitin, sitearin və digər yağ turşuları, xüsusilə, E vitamini və müxtəlif minerallar daxildir. Üzüm çəyirdəyi yağı masaj zamanı istifadə ediləndə ayaqlarda varikozdan yaranan şişlərə müalicəvi təsir göstərir. Üzüm çəyirdəyi yağını daxilə qəbul etdikdə kapilyar damarları genişləndirərək beynə daha çox oksigen və qida getməsini də təmin edir.
Küçükarslan üzüm çəyirdəyinin quru və ya təzə yeyilməsinin heç bir fərqi olmadığını bildirib. O, bu qiymətli qidanın rahat və çəkinmədən çeynəyərək üzümlə birlikdə istehlak edilməsi lazım olduğunu deyib.
Üzüm çəyirdəyinin istehlakı isə gün ərzində 150 ilə 300 milliqramdan çox olmalı deyil.
Üzüm çəyirdəyi dərinin kollagen quruluşunu gücləndirmək, qırışlanmanın qarşısını alaraq dərinin təravətini qoruyub saxlamaq kimi faydalı xüsusiyyətlərə malikdir. Antioksidant xüsusiyyəti ilə siqaret və çirkli havanın zərərlərindən də qoruyur.
Aytən
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı