Sağlamlıq
Zəfəranın inanılmaz faydaları
Biz, adətən, ədviyyatlardan xörəklərə, şirniyyatlara yeməyə dad vermək üçün istifadə edirik. Ancaq ədviyyatların bir çoxu sadəcə, xoş qoxusuna və dadına görə deyil, həm də orqanizmə faydalarına görə sevilir. Bu ədviyyatlardan biri də zəfərandlır. Türkiyəli həkim-diyetoloq Şəbnəm Kandıralı zəfəranın şəfa olduğu xəstəliklərdən danışıb.
Publika.az həkimin məsləhətlərini sizə təqdim edir:
Zəfəran qədim çağlardan bəri ağrıkəsici və təzyiqi sabitləşdirən vasitə kimi istifadə edilib.
“Dövrümüzün ən bahalı ədviyyatlarından biridir. Tərkibində 150-dən çox xüsusi maddə var. Araşdırmalar göstərib ki, xüsusilə, xərçəngə qarşı təsirlidir. Həzm sistemi problemlərini həll edir”.
Şəbnəm Kandıralı zəfəranın pəhriz saxlayanlar üçün də ən faydalı ədviyyatlardan olduğunu qeyd edib.
“İştahanı kəsir. Arıqlamaq istəyənlər bu ədviyyatdan istifadə etməlidirlər. Bunu etsələr, gün ərzində həmişəkindən 55 faiz az şirniyyat yeyərlər. Hətta pəhriz saxlamadan, idmanla məşğul olmadan 8 həftədə 1 kilo arıqlamaq olar”.
Diyetoloq bildirib ki, zəfəranın çayında təsiri daha güclü olur. Odur ki, tez arıqlamaq istəyənlər onu çay kimi dəmləyib içə bilərlər.
Şəbnəm Kandıralı zəfəranın depressiyaya meyilli insanlar üçün də faydalı olduğunu vurğulayıb.
“Zəfəran xəstənin ruh halına yaxşı təsir edir. Depressiyaya meyilli insanlar mütləq bu ədviyyatdan istifadə etməlidirlər. Gündə 30 mq. zəfəran qəbul edərək 6 həftədə ruh halını yaxşılaşdırmaq və stressi azaltmaq mümkündür”.
Həkimin sözlərinə görə, zəfəran yaddaş problemləri yaşayanlara da kömək edir.
“Araşdırmalar göstərib ki, zəfəran qoca siçanların öyrənmə qabiliyyətini və yaddaşını gücləndirir. Mütəxəssislər zəfəranın insana da eyni cür təsir etdiyini düşünürlər. Alzaymer xəstəliyinə yaxalanmaq riski olanlara zəfəran tövsiyə edilir”.
Şəbnəm Kandıralı bütün bu faydalı xüsusiyyətlərinə baxmayaraq, zəfərandan həddən artıq istifadənin ölümlə nəticələnə biləcəyini vurğulayıb.
“Zəfəranı az miqdarda xörəklərə əlavə etmək və ya çayını içmək olar. Ancaq dozanı aşmamaq lazımdır. Həddən artıq qəbul edildikdə zəhərlənməyə, dəri və gözün saralmasına, qusmaya, başın hərlənməsinə, qanlı ishala, burun, dodaq və göz qapaqlarında qanamaya səbəb ola bilər. Bir dəfəyə 12-20 qram zəfəran qəbul etmək ölümə səbəb ola bilər. Maksimum 30 mq. qəbul etmək lazımdır”.
Ləman Sultan
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan