Mütəxəssislər açıqladı: soyuq çay daha faydalıdır
Bizi izləyin

Sağlamlıq

Mütəxəssislər açıqladı: soyuq çay daha faydalıdır

Yay-qış fərqi olmadan - hər mövsüm çay içməyi xoşlayırıq. Çayın insan orqanizmi üçün bir çox faydaları var. Ancaq mütəxəssislər bildirirlər ki, soyuq çay isti çaydan daha faydalı ola bilər.

“Food Chemistry” jurnalında yayımlanan araşdırmanın nəticələrinə görə, çayı Tayvan üsulu ilə dəmləyib içdikdə onun tərkibindəki antioksidantlar daha təsirli olur. Bu da bir çox xəstəlikdən qorunmağa kömək edir.

Ağ, yaşıl və ya adi qara çayın yarpaqlarını ən az dörd saat soyuq suda saxlayın və daha sonra için. Belə çayın tərkibində adi üsulla dəmlənmiş çaya nisbətən “ECG polifenol” adlı antioksidant daha çox olur. Bu antioksidant alzaymerə, ürək xəstəliklərinə, xərçəngə yaxalanmaq riskini azaldır. Həmçinin xolesterinin səviyyəsini aşağı salır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm