Sağlamlıq
Qarnı əridən möcüzə resept
Sallanmış qarından xilas olmaq çox çətindir. Çünki bu, illərlə toplanmış yağların nəticəsində yaranır. Üstəlik, həyatınızın böyük bir hissəsini masa başında keçirir və hərəkətsiz həyat tərzi yaşayırsınızsa, qarındakı piy qatı getdikcə qalınlaşır.
Publika.az-ın sağlamlıq bölməsi qarın yağlarını əritmək üçün İbrahim Saraçoğlunun verdiyi təsirli reseptləri təqdim edir:
Əgər istədiyiniz bədən quruluşuna sahib olmaq istəyirsinizsə, limonlu qatıq reseptini 2 həftə ərzində fasiləsiz tətbiq etməlisiniz. 1-2 gün sınaqdan keçirib effekti olmadığı üçün yarımçıq saxlamaq olmaz.
Arıqladan limonlu qatıq resepti
Ərzaqlar:
Yarım limonun suyu
3 yemək qaşığı (az yağlı olmasına diqqət edin) qatıq
1 çay qaşığı pul bibər (keyfiyyətli olmasına diqqət edin)
Hazırlanması: Yarım ədəd limonun suyunu, qatığı və pul bibəri böyük bir kasanın içinə töküb yaxşıca qarışdırın.
Tətbiqi: Gecə yatmazdan təxminən yarım saat əvvəl hazırladığınız qarışığı yeyin. Minimum 2 həftə fasiləsiz olaraq bu qarışığı tətbiq etsəniz, bədəninizdəki dəyişikliklər hiss olunacaq.
Sarıköklü, limonlu qatıq resepti
Pul bibər istifadə etmək istəmirsinizsə, onu sarıköklə əvəz edə bilərsiniz. Sarıkök, xüsusən, qara ciyərdə toplanmış yağların yanmasına güclü təsir göstərir, qara ciyərin fəaliyyətini yaxşılaşdırır.
Ərzaqlar:
Yarım ədəd limon
3 yemək qaşığı az yağlı qatıq
Yarım çay qaşığı sarıkök (Hər iki resepti sınamaq istəyirsinizsə, pul bibərin miqdarını azaldın)
Qeyd: Yuxarıda dediyimiz kimi, hərəkətsiz həyat tərzi yaşayanlar qarın piylərini sürətlə əridib ondan xilas ola bilməyəcəklər. Bu səbəbdən limonlu qatıq reseptinə başlayanda hərəkətliliyinizi artırın, fitneslə məşğul olun. Gün ərzində 30 dəqiqə yeriyin. Əgər evdən bayıra çıxmaq imkanınız yoxdursa, gündəlik ev təmizliyi kimi enerji sərf edə biləcəyiniz işlər görün. Həmçinin duz, şəkər, ağ çörək və hazır şirniyyat (makaron da daxildir), qızartma, hazır ərzaq məhsulları, konservləşdirilmiş qidadan mümkün qədər az istifadə edin. Bu qidalar yerinə göyərti, tərəvəz və təmiz ət məhsulları, balıq, quru meyvələr, duzsuz olan hər növ çərəz yeyin. Yuxarıda dediyimiz bütün qaydalara əməl etdikdə bir ay ərzində qarından xilas olacaqsınız. Müsbət dəyişiklik bununla da məhdudlaşmayacaq. Daxili orqanlarınızda baş verən dönüş dərinizdə də əksini tapacaq. Bir sözlə, həm düz qarına qovuşacaqsınız, həm də dəriniz parıldayacaq.
Aytən
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu