Yeməkdən sonra meyvə şirəsi içməyin!
Bizi izləyin

Sağlamlıq

Yeməkdən sonra meyvə şirəsi içməyin!

Meyvə şirəsi sağlamlıq üçün faydalı olmaqla yanaşı, gənc və gözəl qalmaq üçün də əhəmiyyətli hesab edilir. Həkimlərin fikrincə, hər gün təzə sıxılmış meyvə şirəsi içmək lazımdır. Mütəxəssislər şirə hazırlayarkən ən az 5 fərqli meyvədən istifadə etməyi məsləhət görürlər.

Ancaq meyvə şirəsindən fayda götürmək üçün tək şərt bu deyil. İnsanların çoxu meyvə şirəsini yeməklərin yanında və ya yeməkdən sonra içirlər. Bu, düzgün deyil. Yeməkdən sonra içilən meyvə şirəsi öz faydalarını müəyyən qədər itirir.

Meyvə şirəsini ac qarına içəndə isə sağlamlıq üçün faydalı vitamin, mineral və antioksidantlar orqanizmə daxil olur.

Hər gün ac qarına meyvə şirəsi içən insanlarda hüceyrələrin bölünməsi, çoxalması və yenilənməsi prosesinin sürətlə getdiyi bildirilir.

Xüsusilə də xərçəng xəstəliyindən qorunmaq üçün meyvə şirələrinin rolu əvəzedilməzdir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm