Sağlamlıq
Qırmızı qarağatın sağlamlığa inanılmaz faydaları - MEYVƏLƏRİN SİRRİ
Meyvələrində üzvi turşular çox olduğu üçün susuzluğu tez kəsir, ürək bulanmasını aradan qaldırır, iştahanı artırır. Ağır xəstəlikdən sonra qüvvəni bərpa etmək üçün istifadə edilir.
Xalq təbabətində meyvələri tərlədici, hərarətsalıcı, yüngül işlədici kimi istifadə edilir. Qırmızı qarağat mədə şirəsinin ayrılmasına kömək edir. Onun şirəsi orqanizmdən duzları xaric edir, ödü qovur. Zəif işlədicidir və qanaxmanı kəsir. Uzun müddət qidalandıqda xroniki qəbizlikdə kömək edir.
Qırmızı qarağat iltihab əleyhinə səmərəli və yüngül ödqovucu vasitədir.
Qırmızı qarağatın tərkibində qanı duruldan maddələr olduğu üçün sistematik şirəsini qəbul etdikdə infakt və iflicin profilaktikasında səmərəlidir.
Qırmızı qarağatda müəyyən edilən seroton xərçəng şişlərinin bəzi növlərinin qabağını almaq qabiliyyətinə malikdir!
Qırmızı qarağatın meyvələri mədə və bağırsaqların fəaliyyətini normallaşdırır, uzun müddət yeyəndə xroniki qəbizlikdə kömək edir. Meyvə mövsümündə yemək məsləhətdir.
Qırmızı qarağat artıq xolesterini bədəndən xaric edir. Buna görə də orqanizmi təmizləmək üçün və ürək-damarsistemi xəstəliklərinin profilaktikasında yaxşı vasitədir. Müalicə məqsədilə qırmızı qarağatın meyvələrinin həlimini qəbul etmək məsləhətdir. 1 x.qaşığı meyvələri budaqlı 1 stəkan qaynar suya töküb soyuyana qədər dəmləmək. Yemək arasında ½ stəkan gündə bir neçə dəfə içmək.
Qırmızı qarağatın meyvələri hərarəti aşağı salan, yüngül işlədici və allergiya əleyhinə vasitə kimi istifadə edilir.
Qırmızı qaragatın tərkibində orta hesabla 6,7-8,2% şəkər, 2,6-3,8% turşu, 20-45 mq% C vitamini, 0,19-0,26% pektin maddələri, 0,24-2,38% protopektin, 0,41% pentozan, 3,88% sellüloza, 0,11% aşı və boya maddəsi, 0,20-0,91% azotlu maddələr vardır.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR