• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bahar aylarında dəri və saçlara qulluq qaydaları

Bahar aylarında dəri və saçlara qulluq qaydaları

İqlim dəyişdikcə, dərinin ehtiyacları da dəyişir. Odur ki, fəsil dəyişəndə dəriyə qulluq da xüsusi əhəmiyyət daşıyır.

Publika.az bahar aylarında dəri və saç qulluğu haqqında maraqlı məlumatları təqdim edir:

Yaz aylarında dərinin hər şeyə daha tez reaksiya verdiyini, həssas və allergik olduğunu nəzərə alsaq, dərinin ciddi qulluğa ehtiyacı olduğunu əminliklə deyə bilərik.

Soyuq qış aylarında dərini qorumaq üçün istifadə olunan zəngin tərkibli kremləri daha yüngülləri ilə dəyişdirin.

Baharın gəlişi ilə dəri daha çox yağ istehsal etməyə başlayır. Tərkibində yağ olan kremlər dərinin tarazlığını pozaraq sızanaqlara səbəb ola bilər. Odur ki, nəmləndiricilərlə yanaşı, tonik istifadə etmək də faydalıdır.

Yazda dəri baxımı necə olmalıdır?

Yay ayları pilinq üçün o qədər də məqbul sayılmaz. Bu səbəbdən yay gəlmədən tutqun və solğun dəridən, dəridəki ölü hüceyrələrdən xilas olmaq üçün plinqi yaz aylarında istifadə edin.

Evdə özünüz təbii pilinqlər hazırlaya bilərsiniz. Pambığın üzərinə udana qədər limon sıxın və şəkər səpin. Sonra bu pambıqla üzünüzü isladıb yüngülcə ovxalayın. Üzünüzü ilıq su ilə yaxalayın və yumşaq dəsmalla sildikdən sonra nəmləndirici çəkin.

Dəri təmizliyi bahar aylarında çox mühümdür və dərini təmizləmək üçün məhz təbiətdən istifadə etmək faydalıdır.

Dəri təmizləyici maska:

1 yemək qaşığı quru lavanda

1 yemək qaşığı quru gül yarpağı

3 yemək qaşığı yulaf

2 yemək qaşığı gil

Hazırlanması: Bütün bitkiləri qarışdırıb üstünə qaynar su əlavə edərək məcun halına gətirin. Dəriyə sürtüb 20 dəqiqə gözləyin və yuyun. Bunu həftədə bir dəfə tətbiq edin.

Bahar aylarında mövsümi saç tökülməsi problemi yaşayan insanlar bu dövrdə saç qulluğuna fikir verməlidir. Saç diblərini ehtiyacı olan vitaminlə təmin etmək lazımdır. Saç tökülməsinin qarşısını almaq ilk növbədə qidalanma tərzindən asılıdır.

Saç tökülməsinin qarşısı alan maska

1 xörək qaşığı rozmarin yağı

3 çay qaşığı ardıc ağacı yağı

1 çay qaşığı qanqal toxumu yağı

2 xörək qaşığı sızma zeytun yağı

Hazırlanması: Bütün yağları yaxşıca qarışdırın. Həftədə bir dəfə saç dibinə yeridərək sürtün. Bir saat saxlayıb yuyun.

Bahar aylarında sevdiyimiz meyvə və tərəvəzlər ən təzə halda təqdim olunmağa başlayır. Təzə tərəvəz və meyvə detoksu dərini gözəlləşdirir.

Bahar aylarında həftədə bir, ya da iki gün meyvə və tərəvəzlərlə qidalanın. 24 saat ərzində yalnız mövsümi təzə meyvə-tərəvəzlər yeyərək bədəninizi təmizləyin. Gündə 2-3 litr su için. Həmçinin yaşıl və ağ çay da detoksun bir hissəsidir. Gündə iki fincan yaşıl çay bədəni təmizləməyə xidmət edir.

Əslində qış aylarında da günəş qoruyucu istifadə etmək lazımdır, amma bahar gələndən sonra küçəyə günəş kremi çəkmədən çıxmağı qadağa kimi düşünün.

Retinol günəş şüalarına həssaslığı artırır. Bu səbəblə retinol istifadəsini bahar aylarında azaltmaq lazımdır.

Kremlər kimi makiyaj məhsullarını də yüngül variantlarla dəyişməlisiniz. BB kremlər bunun üçün idealdır.

AYTƏN

Xəbər lenti

DAHA ÇOX XƏBƏR