• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Şəxsi xərçəng vaksini” ixtira olundu

“Şəxsi xərçəng vaksini” ixtira olundu

ABŞ-da pasientin xərçəng şişindəki təkrarsız genetik qüsuru hədəfləyən vaksin ixtira edilib. Üç nəfər üzərində aparılmış təcrübələr göstərib ki, insanın immun sistemi dəri xərçənginə qarşı “döyüşmək” üçün “təlimləndirilə” bilər.

Amerikalı həkimlər qrupu bildirir ki, “fərdiləşdirilmiş xərçəng vaksinləri”nin yaradılması istiqamətində əhəmiyyətli addım atılıb. Ultrabənövşəyi şüalar DNT-ni zədələməklə sağlam dəri hüceyrlərini ölümcül melanomaya çevirə bilər.

Xərçəng şişləri “genetik xaosdur” və burada hər pasientin öz xüsusiyyətlərinə uyğun olaraq yüzlərlə nizamsız mutasiyalar baş verir.

Neoantigenlər

Mutasiyalar hüceyrənin səthindən kənara çıxan və işarəedici bayraqcıqlar rolunu oynayan proteinləri dəyişə bilər. Əsasən Sent Luisdə və Oklahoma şəhərində mənzillənmiş tədqiqat komandası xərçəng hüceyrələrinin “yellədiyi” yeni və unikal bayraqcıqları proqnozlaşdıra bilmək üçün genetik mutasiyaları analiz edib.

Bundan sonra neoantigen kimi tanınan yeni bayraqcıqlar kompüter alqoritmləri ilə təhlil ediləcək və vaksinin bayraqcıqlardan hansını hədəfləməli olduğu müəyyənləşdiriləcək.

Dəri xərçənginin erkən mərhələdə müalicəsi effektiv olur.

Belə fərdiləşdirilmiş vaksinlər 2013-cü ildə üç pasientə verilib. Onlar həmin vaxta qədər başqa bir müalicədən keçmişdilər. Pasientlərdən biri sağalma prosesində idi və xərçəngdən təmizlənmişdi, ikincisində hələ də sabit şişlər vardı, üçüncü pasientin şişi isə vaksindən sonrakı aylarda ərimiş, ilkin ölçüsünə qayıtmış və sabit qalmışdı.

Komanda hazırda vaksinin yalnız təhlükəli olub-olmadığını, immun sisteminin reaksiyasını yaradıb-yaratmadığını yoxlayır. Onlar deyirlər ki, vaksin hər iki mənada uğurlu sayıla bilər.

Əngəllər

Tədqiqatçılardan biri – doktor Gerald Linette deyib ki, hər üç pasientdə immun sistemin melanoma neoantigenlərinə reaksiyası ümidvericidir.

Onun sözlərinə görə nəticələr ilkindir, lakin komanda vaksinlərin potensial terapevtik imkanlarına inanır. Lakin fərdiləşdirilmiş vaksin yanaşmasının qarşısında duran əngəllər də var.

İlk növbədə immun sistemin gücləndirilməsinin şişə nəzarət olunmasında nə kimi fərq etdiyi qiymətləndirilməlidir. Bir də vaxt və xərclər məsələsi var. Hər bir fərdi vaksinin hazırlanmasına üç ay vaxt sərf olunur.

Lakin alimlərin fikrincə, vaksin özünü doğruldarsa, ondan başqa yüksək mutasiyalı xərçənglərdə - məsələn ağ ciyər xərçənginin müalicəsində istifadə etmək olar.

“Ümidverici”

Alimlər düşünürlər ki, onların metodologiyasından döş və yumurtalıq xərçənglərinin mutasiyaları zamanı istifadə etmək mümkündür.

Britaniyadakı “Cancer Research” xeyriyyə cəmiyyətindən doktor Alan Worsley deyir ki, təcrübə hər bir insan üçün fərdi vaksinin “biçilməsi” mümkünlüyü isbat edib, lakin onun xərçəng hüceyrlərini “öldürməsində” və pasientlərin sağalmasındakı rolu qiymətləndirilməyib.

Bununla belə, həkim bu qənaətdədir ki, “fərdi vaksin” ideyası özlüyündə maraqlı ideyadır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR