Qış aylarında uşaqlarda rast gəlinən yoluxucu xəstəliklər
Bizi izləyin

Sağlamlıq

Qış aylarında uşaqlarda rast gəlinən yoluxucu xəstəliklər

Xüsusilə qış aylarında tez-tez rast gəlinən yoluxucu xəstəliklərə laqeyd yanaşıldığı zaman ölümlə nəticələnə bilər. Hər biri ayrı xüsusiyyət daşıyan

Xüsusilə qış aylarında tez-tez rast gəlinən yoluxucu xəstəliklərə laqeyd yanaşıldığı zaman ölümlə nəticələnə bilər. Hər biri ayrı xüsusiyyət daşıyan bu xəstəliklərdən ikisi - soyuqdəymə və qrip əmələ gəlməsi, yayılması və təsirləri ilə oxşardır. Xüsusilə uşaqların daha çox əziyyət çəkdiyi soyuqdəymənin səbəbi viruslardır. Faringit və ağciyər xəstəliklərində də viruslar əhəmiyyətli rol oynayır.

Soyuqdəymə

Uşaqlarda çox rast gəlinir. Başlanğıcda əlamətləri yüngül qızdırma, burunda axıntı, öskürək və səsin dəyişməsidir. Xəstəlik bronxlara keçən zaman qızdırma daha da yüksələ bilər. Tənəffüsün çətinləşməsi, xırıltılı nəfəs alma və sinədən fit kimi səslərin çıxmağa başlaması sətəlcəm şübhəsini doğurur. Soyuqdəyməyə səbəb olan viruslar yaxın təmas ilə keçir. Xəstə ilə eyni mühitdə olan hər kəs mikrobu orqanizminə qəbul edə bilər. Adətən 2-3 gün içində yavaş-yavaş düzəlir. Peyvəndi olmayan xəstəlikdən qorunmaq üçün soyuq yerlərdən, xəstə şəxslərdən uzaq durun. Bol maye için, vitaminsiz qalmayın. Xəstəlik başlayan kimi yorucu fəaliyyətlərdən uzaq olun.

Qrip

Qrip hava-damcı yolu ilə keçir. Xəstə insanın yanında olmaqla yoluxa bilərsiniz. İnkubasiya müddəti 1-3 gündür. Qızdırma, ani titrətmə, başağrısı, halsızlıq, əzələ ağrıları bu xəstəliyin əlamətləri arasındadır. Öskürəklə başlayan xəstəlikdə daha sonra soyuqdəymə ortaya çıxa bilər. Qızdırma artır, boğazda yanma və gözlərdə qızarma, qaşınma, sulanma yarana bilər. Ancaq xəstəlik bir həftəyə keçir. Əgər bir həftə ərzində sağalma olmazsa, başqa mikrobların yoluxması ilə xəstəlik ağırlaşa bilər. Bu, bronxit, sətəlcəm, ürək kisəsi və əzələsi iltihabı ilə əzələ xəstəliklərini yarada bilər. Bu baxımdan mütləq diqqətli olmaz lazımdır.

Sətəlcəm

Qrip müalicə edilməzsə, sətəlcəmə çevrilə bilər. Sətəlcəm zamanı ağciyər toxuması mikroblarla iltihablaşır. Alveol deyilən hava kisəcikləri maye ilə dolaraq, bura yerləşən mikrobların təsirindən mayeni tünd və yapışqan bir hala çevirir. İltihablanma ilə ağciyərin tənəffüsü pozulur. Xəstədə yüksək qızdırma, öskürək, xırıltılı nəfəs alma olur. Bəzən nəfəs çatışmazlığı, sinə ağrısı ola bilər. Tünd, yapışqan, pis qoxulu bəlğəm yaranır. Ağız dadı pozulur, iştahsızlıq əmələ gəlir. Xəstə halsızlaşmış, gücü azalmış, yuxu nizamı pozulmuş, bəzən qanlı sidik ifraz edən vəziyyətə düşə bilər. Xəstə üşüməməli, yaxşı qidalanmalı və yorucu fəaliyyətlərdən uzaq olmalıdır. Soyuqdan qorunmalıdır. Bədən müqavimətini artıran dərmanlar və vitaminlərlə orqanizmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm