Oruc tutanları tox saxlayan qidalar
Bizi izləyin

Sağlamlıq

Oruc tutanları tox saxlayan qidalar

Diyetoloq Şəfiqə Aydın Səlcuq Ramazanda tox qalmağın sirlərini verib. Publika.az-ın sağlamlıq bölməsi Türkiyə mətbuatına istinadən diyetoloqun məsləhətlərini təqdim edir:

Ramazan ayının isti yay günlərinə təsadüf etməsi oruc tutmağı bir az da olsa, çətinləşdirir. Bu gözəl ayı rahat başa vurmaq üçün imsakda tox saxlayan qidalara üstünlük verin.

Tahin və doşab

Tahin küncüt pastasıdır. O, Şimali Afrika, yunan, türk və Orta Şərq mətbəxlərində istifadə olunan qabığı təmizlənmiş və üyüdülmüş küncüt toxumlarından əmələ gəlmiş yağlı xəmirdir. Vitamin mineral və enerji anbarı olan tahinlə doşabı qarışdırıb yedikdə özünüzü gün ərzində yorğun və əzgin hiss etmirsiniz. Mürəbbəylə qarışdırdıqda mədəni ağırlaşdırmayacaq, həzmi yaxşılaşdıracaq. Gün ərzində 2-3 çay qaşığından artıq yemık olmaz.

Yulaf əzməsi

Yulaf əzməsini imsakda qatıq, kefir və ya süd ilə qarışdırılaraq yeyildikdə daha doydurucu olur, həm də mədəni tox saxlayır.

Meyvə və kompot

Meyvə və kompot bədənə enerji verir, bağırsaqların gün ərzində yaxşı işləməsini təmin edir.

Qoz

Qoz minerallarla zəngindir, həm də toxluq hissi verdiyi üçün oruc tutmağı asanlaşdırır. İmsakda mütləq 1-2 qoz yeyin.

Yumurta

Yumurta da imsakda mütləq yeyilməli olan qidaların siyahısına daxildir. Qaynadılmış yeyilməlidir. Ancaq yulaf kəpəyi, göbələk və bibər kimi tərəvəzləri ilə qayğanaq halına gətirilərək az yağda yeyilə də bilər.

Az duzlu və ya duzsuz pendir

Pendir gün ərzində lazım olan enerji ehtiyacını qarşılayır. Zülal anbarı olan qidadır. Lakin imsakda duzsuz, yaxud az duzlu pendir yeyilməlidir. Çünki duzlu pendir susuzluq yaradır.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm