Səhiyyə
Azərbaycanda göz bankı yaradıla bilər
Azərbaycanda göz qişalarının saxlanması üçün göz bankı yaradıla bilər.
Bu barədə məsələ Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tərəfindən qaldırılıb.
Məsələyə münasibət bildirən Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, göz bankının yaradılması üçün bir neçə məsələlər öz həllini tapmalıdır:
“Göz qişası yalnız meyitdən götürülür. Azərbaycanda meyitdən göz qışası götürmək olar, amma “Transplantasiya haqqında” qanunun bu müddəasını reallaşdırmaq üçün beyin ölümünün kriteriyaları müəyən olunmalıdır. Səhiyyə Nazirliyi tərəfindən bu kriteriyalar müəyyənləşib və təsdiq üçün Nazirlər Kabinetinə göndərilib”.
M.Quliyev əlavə edib ki, eyni zamanda meyitdən orqan və toxumaların götürülməsi üçün müəyyən müvafiq klinikalar olmalıdır və bu iş həmin klinikalarda həyata keçirilməlidir: “Bu məsələlər reallaşdıqdan sonra Azərbaycanda göz bankının yaradılması mümkündür”. (trend)
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi