Baş həkim barəsində araşdırma başladılıb - RƏSMİ
Bizi izləyin

Səhiyyə

Baş həkim barəsində araşdırma başladılıb - RƏSMİ

Bu gün bəzi KİV-lərdə Sumqayıt şəhər 2 saylı Doğum evinin baş həkimi Arzu Məhərrəmovanın işdən çıxarılması ilə bağlı məlumat yayılıb.

Sumqayıt şəhər Səhiyyə şöbəsindən Publika.az verilən məlumata görə, baş həkimin işdən çıxarılması rəsmi təsdiqlənməyib: "Sumqayıt şəhər 2 saylı Doğum evinin baş həkimi Arzu Məhərrəmova işdən çıxarılmayıb. Ötən ilin dekabrında xəstəxanada ana ölümü olub. Bununla bağlı həkim haqqında araşdırma başlayıb. Hazırda Arzu Məhərrəmova iş başındadır. Səhiyyə Şöbəsində bu barədə müzakirələr davam etdirilir. Hələ rəsmi olaraq o, vəzifəsindən azad edilməyib".

Xatırladaq ki, A. Məhərrəmova bu vəzifəyə ötən ilin fevral ayında təyin olunmuşdu və buna qədər bir sıra tibb müəssisələrində həkim-ginekoloq vəzifəsində çalışıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm