Zahid Oruc: “İndi 200 min insan məhkəmə ilə üz-üzədir”
Bizi izləyin

Sosial

Zahid Oruc: “İndi 200 min insan məhkəmə ilə üz-üzədir”

“İndi manat Azərbaycanın siyasi və iqtisadi sabitliyinin simvoludur”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı millət vəkili Zahid Oruc bildirib.

Deputat təəssüflə deyib ki, ölkədə iqtisadi böhran və iki dəfə devalavasiya yaşansa da, hökumət nümayəndələrini ekranda görmək olmur:

“Axı 3-4 ekspertlə cəmiyyətdəki informasiya vakkumunu doldurmaq mümkün deyil. Proses davam etdikcə, cəmiyyətdə əlavə dedi-qodulara yol açır. Ona görə də hökumət ekrana çıxıb vətəndaşı ölkənin üzləşdiyi vəziyyətlə bağlı məlumatlandırmalıdır”.

Ölkədəki bank sektorunda yaranmış vəziyyətə toxunan Z.Oruc qeyd edib ki, bank sektoru cəmiyyətin əsas qan-damar sistemidir:

“Cəmiyyətin gələcəyi, yaşaması bu sistemin necə işləməsində asılıdır. İndi 200 min insan bank kreditinə görə məhkəmələrlə üz-üzə qalıb. Ancaq bu gün nəyin şahidi oluruq. Bank sektorunda yaranmış böhran nəticəsində 200 min insan məhkəmə ilə üz-üzədir və bu gərgin proses davam etməkdədir. Burada artıq spekulyasi amilləri görülməkdədir. Odur ki, bu sahəyə ciddi diqətə ayırıb vəzityyəti sabitləşdirmək lazımdır. Bu gün manat bir əmtəə vasitəsidir. Azərbaycan vətəndaşının psixologiyasında bir şey həkk olunub ki, manat sabitdirsə, hər şey yaxşıdır. Çünki Azərbaycan vətəndaşı manatın sabitliyini siyasi, iqtisadi sabitlyin təminatçısı kimi görür. Ola bilər başqa ölkədə məsələyə başqa cür baxılır. Lakin Azərbaycanda düşüncə fərqlidir və ona görə də hökumət mantın sabitləşməsi istiqamətində ciddi addımlar atıb, onun sabitliyini təmin etməlidir. Bank sektoru sağlamlaşdırılmalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm