"ATV"-dən qalmaqallı veriliş barədə RƏSMİ AÇIQLAMA: "Görəcəksiniz..." - VİDEO
Bizi izləyin

Sosial

"ATV"-dən qalmaqallı veriliş barədə RƏSMİ AÇIQLAMA: "Görəcəksiniz..." - VİDEO

Daha bir qalmaqal yaşanıb.

Xəbər verdiyimiz kimi, "ATV” telekanalında yayımlanan "Yoxlama” verilişinin çəkilişi zamanı daha bir qalmaqal yaşanıb.

Publika.az xəbər verir ki, telekanal həmin hadisəylə bağlı rəsmi açıqlama yayıb: "Azad Azərbaycan Teleradio Yayım Kompaniyası olaraq ictimaiyyətə bəyan edirik ki, kanalımızda yayımlanan "Yoxlama” verilişinin ətrafında qoparılan növbəti süni və saxta hay-küy tamamilə əsassızdır. Həmçinin məlum məktəb rəhbərliyi tərəfindən fəaliyyətlərindəki nöqsanların ifşasının qarşısını böhtan atmaqla örtməyə çalışmaqdan başqa bir şey deyil.

Dəyərli Azərbaycan ictimaiyyətinə müraciət edir və bildiririk ki, 10 yanvar tarixində, saat 23:00-da ATV kanalında "Yoxlama" verilişinin sözügedən buraxılışını izləyərək, məlum iddiaların nə qədər əsassız və yersiz olduğunu öz gözləri ilə görə bilərlər. Bizim məqsədimiz yalnız və yalnız övladlarının sağlam və gigiyenik qidalanmasını arzulayan valideynlərin müraciətlərinə əsasən sadə yoxlama aparmaq idi. Yoxlamanın nəticəsini isə özünüz yanvarın 10-u, saat 23:00–da görəcəksiniz".

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm