Növbəti REYD: Bu dəfə 72 piyada cərimələndi
Bizi izləyin

Sosial

Növbəti REYD: Bu dəfə 72 piyada cərimələndi

Gəncədə yol hərəkəti qaydalarını pozan piyadalara qarşı reyd keçirilib.

Gəncədə yol hərəkəti qaydalarını pozan piyadalara qarşı reyd keçirilib.

Publika.az xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi əməkdaşlarının şəhərin intensiv hərəkətli küçələrində keçirdikləri reyd zamanı 70-dən artıq piyada saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib. Piyadalar nəzərdə tutulmayan yerlərdən keçdikləri üçün onların barəsində protokol tərtib edilib və hər biri 20 manat məbləğində cərimələnib.

Polis şöbəsinin inspektor Vasif Rüstəmovun bildirdiyinə görə, mütəmadi keçirilən reydlər öz müsbət nəticəsini verməkdədir. İnspektor bundan sonra da bu kimi tədbirlərin davam etdiriləcəyini bildirib.

Məlumata görə ötən il Gəncədə 18 min 674 piyada yol hərəkəti qaydalarını pozaraq nəzərdə tutulmayan yerlərdən yolu keçdikləri üçün məsuliyyətə cəlb edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm