Sosial
Azərbaycanda oğlanların sayı artır
2016-cı ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 159,5 min, təxminən gündə 436, saatda isə 18 doğulmuş körpə qeydə alınıb.
Trend-in məlumatına görə, bu göstərici əhalinin hər 1000 nəfərinə 16,5 təşkil edib. Doğulan körpələrin 2734-ü əkiz, 69-u üçəmdir. Doğum səviyyəsi əsasən Lənkəran (18,6), Dağlıq Şirvan (18,5), Aran (18,0) və Kəlbəcər-Laçın (18,0) iqtisadi rayonlarında yüksək olub. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).
Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.
Ötən il ölkədə 56,6 min ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edir.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı