Bilik Fondunun sektor müdiri: "Azərbaycanda təriqət qaydaları ilə idarə olunan ailələr var" - - FOTOLAR
Bizi izləyin

Sosial

Bilik Fondunun sektor müdiri: "Azərbaycanda təriqət qaydaları ilə idarə olunan ailələr var" - - FOTOLAR

Bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi (DQİDK) “İslam Həmrəyliyi: Azərbaycan örnəyi” adlı konfrans keçirib. Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Prezident yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi rəhbəri və məsul şəxslər, dini icma və QHT təmsilçiləri, gənclər eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.

Publika.az
xəbər verir ki, komitə sədrinin müavini Gündüz İsmayılov bildirib ki, bu günki tədbirin adı təsadüfi seçilməyib: “Azərbaycan örnəyi kimi hazırlanan “Azərbaycan İslam Həmrəyliyi” modeli bütün İslam dünyasına böyük bir töhfədir. Burada yalnız müsəlmanlar deyil, həm də qeyri-müsəlman əhalinin dəyərləri nəzərdə tutulur. Biz çalışırıq ki dinindən, irqindən asılı olmayaraq bütün insanları eyni dini dəyərlər və prinsiplər ətrafında birləşdirək. İslam həmrəyliyi yalnız müsəlmanların birliyi ilə məhdudlaşdırılmamalıdır. Biz digər dinlərə və mədəniyyətlərə qarşı heç bir təbliğat aparmağın tərəfdarı deyilik. Bizim məqsədimiz islam dünyası ilə qarşılıqlı şəkildə iqtisadi, siyasi, mədəni, idman hətta mənəviyyat cəhətdən birlik olmaq deməkdir. Bu gün ki tədbirimizin əsas məqsədi də bundan ibarətdir”.

DQİDK-nın təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova çıxışı zamanı İlham Əliyevin ölkədə dini sahələrə yüksək qayğısından danışıb: "Bu il İslam Həmrəyliyi elan olunub. Azərbaycan tarix boyu bir çox sivilizasiyaların məskəni olub. eləcə də müxtəlif dinlərin sivilizasiya mənbəyi olan ölkəmiz bu ada layiqdir. İslam dini, eləcə də digər dinlər ölkəmizdə hörmətlə qarşılanır. Azərbaycanda iqtisadi-siyasi sahədə olduğu kimi, dini sahədə də sabitlik özünü qoruyub saxlayır. bütün dünya ölkələri arasında Azərbaycan öz multikultral mühiti, tolerantlığı ilə seçilir. Ölkədə din və dövlət arasındakı münasibətlərin konstitutsiya səviyyəsində tənzimlənməsi müsəlman və qeyri-müsəlman əhalinin birlikdə sülh və əminamanlıq şəraitində yaşamasına şərait yaradır. Dövlət tərəfindən ölkədə bir çox yeni mədrəsələrin tikilməsinə vəsait ayrılıb ki, bu da Prezidentin bu sahəyə göstərdiyi qayğının bariz nümunəsidir"

Bakı Şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev çıxışında bildirib ki, tarix boyu Azərbaycana qara yaxmaq istəyən qurumlar, ölkələr olub var və olacaq da:

"Amma biz öz evimiz bildiyimiz Azərbaycanın xoşbəxtliyi üçün bir olsaq heç bir təbliğat, heç bir siyasət öz istəyinə çata bilməyəcək. Avropa Şurası bəzi qurumların Azərbaycan əleyhinə mənbəsiz informasiyalarına inam göstərir. Öz gözündə tiri görməyən, başqasının gözündə çöp axtarır. Allah hər zaman Azərbaycanı qoruyub, dinə ürəkdən bağlı insanları qoruyub, qoruyacaqda. İslam Həmrəyliyinin Azərbaycan örnəyi ölkədə bu sahədə qazanılan bütün naliyyətləri bir araya toplayaraq bizə qarşı iddialar irəli sürən bütün qurumlara layiqli cavab verdi".

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla çıxışında bildirib ki, təəssüf ki, bu gün Azərbaycanda təriqət qaydaları ilə idarə olunan çoxsaylı ailələr yaşayır.

Bunun çox təhlükəli bir tendensiya olduğunu vurğulayan H.Abdulla qeyd edib ki, yaxın qohumu Binə və Sədərək Ticarət mərkəzlərində işləyir: "O deyir ki, mən ancaq onlardan, yəni vəhhabilərdən mal alıram. Dağıstandan və Azərbaycanın rayonlarından gələn qardaşlarımız da yalnız onlardan mal alır. Bu, təhlükəli tendensiyadır və bunun qarşısının alınması istiqamətində mütləq tədbirlər görülməlidir".

Könül Cəfərli

Fotolar Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm