Sosial
İŞİD-çilərin ailə üzvləri Azərbaycana gətirilir
4 yaşlı Abdullanın ölkəmizə gətirilməsi İraqda saxlanan cihadçı ailələrinin arasında azərbaycanlı qadın və uşaqların olmasını təsdiqlədi. İlkin məlumata görə, İŞİD döyüşçüləri olduqları güman edilən şəxslərin ailə üzvü olan 1400 əcnəbi qadın və uşaq hazırda İraqda saxlanır.
Hökumət qoşunları özünü İslam Dövləti (İD) adlandıran təşkilatın döyüşçülərini ölkənin əksər ərazilərindən təmizləyəndən sonra onların ailə üzvlərinin öz vətənlərinə göndərilməsi planlaşdırılır və hökumət onların hansı ölkələrdən olduqlarını müəyyənləşdirməklə məşğuldur.
İraq hökumət qoşunları tərəfindən saxlanan qadın və uşaqların
əksəriyyətinin Türkiyədən olduğu bildirilir. Lakin onların arasında
keçmiş Sovet respublikaları olan Tacikistan, Azərbaycan və
Rusiyadan gələnlər də var.
Tel Afarda dindirilən qadınlardan bəziləri İŞİD-in törətdiyi
qırğınlardan xəbərsiz olduqlarını bildiriblər. Azərbaycandan
gəldiyi güman edilən qadın deyib ki, "Biz kiminsə öldürüldüyünü
görməməmişik: "Orada hər bir şey Quran və Peyğəmbərin hədislərində
yazıldığı kimi idi. Onlar şəriət qanunlarını tətbiq edirdilər".
Publika.az modern.az-a istinadən xəbər verir ki, həmin qadınların, uşaqların Azərbaycana gətirilməsi, onların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətinə verilməsi nəzərdə tutulub. Amma həmin qadınların terrorçu qruplaşamalara qoşulma ehtimalları və müəyyən cinayətlərdə iştirakları Azərbaycan tərəfi üçün bəzi tərəddüdlər doğurur. Ona görə də qadınların ölkəyə gətirilməsi istiqamətində dəqiqləşmələr və danışıqlar aparılır.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Modern.az-a bildiriblər ki, bu barədə rəsmi müraciət olmayıb:
"Hələlik İraqda saxlanılan azərbaycanlı qadın və uşaqlarla bağlı
Komitəyə rəsmi müraciət olmadığından, məsələnin araşdırılması
səlahiyyətlərimiz çərçivəsində deyil".
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev
Modern.az-a məsələnin gündəmdə olduğunu bildirib:
"Hazırda bu istiqamətdə müvafiq işlər aparılır".
Qeyd edək ki, oktyabrın 12-də Abdulla adlı uşaq Azərbaycan Xarici
İşlər Nazirliyinin İraqdakı səfirliklə apardığı danışıqlar
nəticəsində Azərbaycana gətirilib.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı