Zəlzələnin Ağdam və Tərtərə vurduğu ZİYAN - RƏSMİ
Bizi izləyin

Sosial

Zəlzələnin Ağdam və Tərtərə vurduğu ZİYAN - RƏSMİ

Ötən gecə baş vermiş güclü zəlzələ nəticəsində Ağdamda 127 ev, 1 məktəb binası yararsız hala düşüb.

Bu barədə Publika.az-a Ağdam rayon icra başçısının köməkçisi Eldəniz Abdullayev bildirib.

O qeyd edib ki, geceə saatlarında baş verən zəlzələ rayonun bir sıra kəndlərində yaşayış evlərinə ciddi ziyan vurub: “Ötən gün gecə saat 23:45-də qeydə alınan yeraltı təkanlar rayonun kəndlərində evlərdə iri həcmli çatlar yaradıb. Rayonun Kəməndli kəndində 36, Əffətli kəndində 3, Zərnişanlı kəndində 1, Xındırıstan 10, Quzanlı qəsəbəsində 3, Üçoğlan kəndində 4 ev ziyan görüb. Səfərova Zəhra Göyüş qızına məxsus 4 otaqlı ev tamamilə uçub,.

Dərbənd qəsəbəsində 5, Birinci dörd yol qəsəbəsində 44, Təzəkənd qəsəbəsində 1, Təzəkənd kəndində isə 3 ev yarasız hala düşüb, 200 yerlik 1 məktəb binası isə tamamilə uçub. Bundan əlavə, Yeniquzanlı və Birinci baharlı qəsəbələrində də 10 ev yararsız hala düşüb.”

A.Eldənizin sözlərinə görə, əhali arasında ölən və yaralananlar olmayıb. Hazırda zəlzələnin rayona vurduğu zərərin müəyyən edilməsi üçün yaradılan komissiya bu istiqamətdə iş aparır: “Yeniquzanlı qəsəbəsində transformatır partlayıb və ərazidə işıqlar kəsilib. Bu, insanlarda bir az qorxu yaradıb. Lakin heç bir itki olmayıb. Komissiya zədəli evlərlə bağlı araşdırma aparır çox güman ki, əhaliyə yardım göstəriləcək. Hazırda evlər zədəli olduğu üçün, əhali müvəqqəti olaraq başqa evlərdə qalır.”

Zəlzələ nəticəsində Tərtər rayonun İsmayılbəyli, Evoğlu və Əksipara kəndlərində yaşayış evlərinə ciddi ziyan dəyib.

Tərtər Rayon İcra Hakimiyyətindən Publika.az-a verilən məlumata görə, 3 yaşayış evi və 1 mal tövləsi uçub: “Yeraltı təkanlar xüsusilə 3 kənddə - İsmayılbəyli, Evoğlu və Əksipara hiss olunub. 3 ev uçub, 6 evin divarlarında isə iri həcmli çatlar əmələ gəlib. Lakin xəsarət alan olmayıb. Hazırda zəlzələ nəticəsində ziyan dəymiş evlərin dəqiq sayı müəyyənləşdirilir. Əhaliyə yardım məqsədilə nümayəndələrimiz gecə ərazidə olublar. Amma əhali kütləvi şəkildə evlərini tərk etməyib. Heç bir sığınacaq, çadrlar qurulmayıb. Gecəni evlərində keçiriblər. Araşdırma davam etdiyi üçün ola bilər ki, zədəli evlərin sayı artsın".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm