Oğlanlar qızları geridə qoydu
Bizi izləyin

Sosial

Oğlanlar qızları geridə qoydu

Bu ilin 10 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 120035 doğulan körpə qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib.

Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2134-ü əkiz, 42-si üçəm doğulanlardır.

Cari ilin yanvar-oktyabr aylarında ölkədə 47695 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib. Bu ilin yanvar-oktyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2599 nəfər Azərbaycana gələn, 1579 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 1020 nəfər təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm