Döyüş yoldaşından Sarkisyana TƏRS ŞİLLƏ: “O, Qarabağdan sonra...”
Bizi izləyin

Cənubi Qafqaz

Döyüş yoldaşından Sarkisyana TƏRS ŞİLLƏ: “O, Qarabağdan sonra...”

Ermənistanın baş naziri Serj Sarkisyanın I Qarabağ müharibəsində döyüş yoldaşı olmuş Vaan Badasyan İrəvandakı aksiyalar haqda danışıb.

Publika.az
xəbər verir ki, Vaan Badasyan iki Sarkisyan tanıdığını bildirib.

“Birinci Sarkisyan Qarabağda döyüşürdü. İkinci Sarkisyan isə qanla hakimiyyətə gəldi. Sarkisyan dörd il öncə vəd etdi ki, hakimiyyətdə gözü yoxdur. Lakin o, yalan danışırdı. O, əhalinin sayının dörd milyona çatdırmaq haqda da yalan danışdı. Heç kim onun yalanlarına inanmır, hətta öz komandasının üzvləri də. İndi yeganə yol istefa verməkdir. Faktiki olaraq, Sarkisyan Ermənistanı idarə edə bilmir. Bu gün Sarkisyana yazığım gəlir, çünki o real vəziyyəti qəbul edə bilmir. Hərçənd, prosesi artıq dayandırmaq mümkün deyil”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm