Sarkisyan “KQB”-yə “sığındı”: Putin İrəvanda bu evdə qalırmış
Bizi izləyin

Cənubi Qafqaz

Sarkisyan “KQB”-yə “sığındı”: Putin İrəvanda bu evdə qalırmış

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan SSRİ vaxtında Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) istifadə etdiyi binaya köçür.

Publika.az
xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazıb.

Qəzetin məlumatına görə, Sarkisyan hakimiyyəti vaxtı yüksək vəzifəli qonaqları bu binada qəbul edirdi.

“Əldə etdiyimiz məlumata görə, bir ay sonra Sarkisyan bu binada yaşamağa başlayacaq. Rusiya prezidenti Vladimir Putin Ermənistana səfərə gələndə həmişə bu binada qalardı. Paşinyanın göstərişi ilə Sarkisyan dövlət tərəfindən evlə təmin olunmalı idi. Bir aydan sonra həmin binadan ona mənzil veriləcək”, - deyə qəzet yazıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm