Cənubi Qafqaz
Azərbaycanlı əsiri evində qul kimi işlədən ERMƏNİ GENERAL BUNU DA ETDİ
Ermənistanda Qarabağ müharibəsində azərbaycanlılara
qarşı soyqırımı törətməsi ilə məşhur olan general Manvel Qriqoryan
Paşinyanı devirmək üçün hərəkətə keçib.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki,
Manvel Qriqoryanın göstərişi ilə Eçmiədzində küçələrə şlaqbaumlar
quraşdırılıb.
Eçmiəzdin şəhərinin meri onun oğlu Karen Qriqoryandır. Hazırda
Nikol Paşinyanın göstərişi ilə Serj Sarkisyan dövründən qalmış
şəhər merlərinin çıxarılması, yaxud həbs edilməsi prosesinə start
verilib. Qriqoryanlar da belə bir təhlükə olarsa, müqavimət
göstərmək üçün əvvəlcədən Eçmiəzdində barrikadalar qururlar.
Məlumata görə, şəhərdə insanlar təqib edilir, avtomobillərin
təkərləri deşilir, vətəndaşlar döyülür.
Şəhər sakinləri şlaqbaumların qurulmasını Manvel Qriqoryanın
növbəti təxribatı kimi dəyərləndirirlər. Sakinlər şəhərdə döyüşə
hazırlıq atmosferinin yarandığı haqda danışırlar.
Qeyd edək ki, Manvel Qriqoryan Qarabağ müharibəsində
azərbaycanlılara qarşı qəddarlıqları ilə yadda qalıb. O, sonrakı
dövrdə bu qəddarlığının “çörəyini yeyib”. Qriqoryan haqqında
yayılan məlumatlara görə, o, müharibə zamanı erməni hərbi
birləşmələri tərəfindən əsir götürülən azərbaycanlılardan birini öz
evində 4 il müddətində qul kimi işlədib.
Asif
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO