Müğənni qonşusuna olan sevgisini nümayiş etdirəcək - Video
Bizi izləyin

Tabloid.az

Müğənni qonşusuna olan sevgisini nümayiş etdirəcək - Video

Müğənni Yaşar Cəlilov qonşularına müraciət edib. Amma o, müraciətini fərqli formada, yəni mahnı ilə çatdırıb. İfaçı sözləri Azər Şirinə, musiqisi isə Tərlan Məmmədhüseynova məxsus "Ay, qonşu" mahnısı ilə son günlər gündəmi zəbt edib. Aldığımız məlumata görə, bu mahnıya tezliklə klip də çəkiləcək. Yaşar bu dəfə də yerli rejissora üstünlük verib. Belə ki, mahnının ekran işi Elmir Süleymanova həvalə olunub. Yaxın günlərdə çəkilişinə başlanacaq klipin hazırda ssenarisi yazılır. Yaşar Cəlilovun sözlərinə görə, klipin sujet xətti onun qonşusuna olan sevgisindən bəhs edecək.

Qeyd edək ki, bu, müğənninin sayca 13-cü klipi olacaq.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm