“Miss Eurovision of Azerbaijan”ın yarımfinal gözəlləri - FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Miss Eurovision of Azerbaijan”ın yarımfinal gözəlləri - FOTOLAR

“Miss Eurovision of Azerbaijan” gözəllik müsabiqəsinin yarımfinalına vəsiqə qazanan iştirakçılar məlum olub. Publika.az-ın məlumatına görə, “High Life Fashion & Model Academy” və “Merac Production”nın təşkilatçılığı ilə keçirilən “Miss Eurovision” gözəllik müsabiqəsinin 1-ci turunun sonuncu kastinqi “The Public” klubda təşkil olub.

Kastinqdən sonra keçirilən mətbuat konfransında növbəti mərhələyə keçən xanımların adları açıqlanıb.

Münsif heyətində bir çox tanınmış məşhurlar yer alıb. Onların arasında layihə rəhbəri, modelyer Mübariz Allahverdizadə, layihənin təşkilatçısı, Aqil Məmiyev, əməkdar artist Hüsniyyə Mürvətova, müğənnilər Nura Suri, Zamiq Hüseynov, aparıcılar Nərgiz Cəlilova, Şəhriyar Əbilov, model Oksana Rzayeva, yarışmanın keçən il Azərbaycan təmsilçisi model Anastasiya Bern, Türkiyədən rəsmi nümayəndə Turan İşıqlı, model İlqar Əliyev olub. Geyimlərində daha çox mini ətəyə, açıq sinə dekoltesinə üstünlük verən xanımları münsiflər heyəti özlərini yetərincə nümayiş etdirə bilməməkdə ittiham ediblər.

Tədbirdə gənc müğənni Sofiya Şah ifa etdiyi mahnılarıyla iştirakçıların əhvalına müsbət təsir edib.

Qeyd edək ki, yarımfinal mərhələsinə 44 iştirakçı vəsiqə qazanıb. Onların yalnız 22 nəfəri final mərhələsində iştirak etmə şansı qazanacaqlar. Sonda isə seçiləcək bir qalib gözəl avtomobil qazanmaqla yanaşı, ölkəmizi beynəlxalq müsabiqədə təmsil edəcək.

Tədbirin sonunda Avropanın tanınmış müğənnisi və bəstəkarı Toni Rey solo konsert proqramı ilə çıxış edib.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm