Teatrda bayram ovqatı
Bizi izləyin

Tabloid.az

Teatrda bayram ovqatı

Teatrdan bayram xəbərı

Bu gün Dövlət Gənc Tamaşaçılar Teatrında “Azərbaycan teatrının dünya teatr məkanına inteqrasiyası” mövzusunda görüş keçirilib.

Publika.az-ın məlumatına görə, görüşdə teatrın direktoru, Əməkdar Artist ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Talıbzadə, Musiqili Teatrın direktoru, Əməkdar İncəcənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, Rus Dram Teatrının direktoru, Əməkdar Mədəniyyət işçisi Ədalət Hacıyev, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhməd-zadə və başqaları iştirak edib.

Tədbiri giriş sözü ilə açan teatrın direktoru Mübariz Həmidov iştirakçıları Beynəlxalq Teatr günü münasibətilə təbrik edərək bu günün mahiyyəti, Azərbaycan Teatrının dünya teatr məkanına inteqrasiyası haqqında məlumat vermişdir: “Beynəlxalq Teatr Günü 1961-ci ildə dünya teatr xadimləri və təşkilatlarının iştirakı ilə həyata keçirilmiş konqresdə təsis olunub. Beynəlxalq Teatr İnstitutunun təşəbbüsü ilə 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilmiş qərara əsasən, hər il martın 27-i Beynəlxalq Teatr Günü kimi qeyd olunur.

Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, milli-mənəvi dəyərlərin təbliği və dünya mədəniyyətinə inteqrasiyasını təmin etmək, milli teatr sənətinin davamlı inkişafını dəstəkləmək məqsədi ilə Ölkə prezidenti İlham Əliyevin 18 may 2009-cu ildə imzaladığı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı” teatrımızın dünya teatrları arasında daha tanınması məqsədinə xidmət edir. Son illər ölkəmizdə fəaliyyət göstərən dövlət teatrlarının dünyanın nüfuzlu teatr qurumlarına üzv seçilməsi bunun bariz nümunəsidir.

2009-cu ildə Dövlət Musiqili Teatrın Musiqili Teatrların Beynəlxalq Assosiasiyasına, 2011-ci ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Beynəlxalq Kukla Teatrları Assosiasiyasına (UNİMA), elə həmin ildə Gənc Tamaşaçılar Teatrının Beynəlxalq ASSİTEJ-ə, 2012-ci ildə Akademik Milli Dram Teatrının Teatr Tənqidçilərinin Beynəlxalq Assosiasiyasına üzv seçilməsi Azərbaycan teatrının uğuru, dünya teatrına çıxışın əsas göstəricisidir.

Görüşdə çıxış edən digərteatr xadimləri Məryəm Əlizadə, Aydın Talıbzadə, Əliqismət Lalayev, Ədalət Hacıyev, Rəşad Əhməd-zadə Azərbaycan Teatrının son illər dünya teatrları ilə qarşılıqlı əməkdaşılığı, teatr kollektivlərinin iştirak etdikləri qastrol və festivallar, habelə əldə olunan uğurlardan, Bakıda keçirilən Beynəlxalq Teatr Konfransının, Beynəlxalq Kukla Teatrları Festivalının uğurlu nəticlərindən və bu ilin noyabr ayında keçiriləcək III Bakı Beynəlxalq Teatr Konfransına hazırlıq barədə fikirlərini bölüşüblər.

Cəvahir səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm