Azərbaycanlı müğənninin gizli biznesi üzə çıxdı
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı müğənninin gizli biznesi üzə çıxdı

Müğənni Yaşar Cəlilov Azərbaycandan kənarda özünə biznes qurur.

Publika.az-ın məlumatına görə, gənc müğənni Yaşar Cəlilov biznes işini gerçəkləşdirmək məqsədi ilə Gürcüstanın Batumi şəhərinə gedib. Hələlik bu barədə geniş danışmaq istəməyən Yaşar, görünür, gözə gəlməkdən qorxur: “Yalnız onu deyə bilərəm ki, bu, Batumi şəhərini əhatə edəcək bir biznes layihəsi olacaq. Yəqin ki, bundan sonra bu şəhər də mənə doğmalaşacaq”,- deyə, müğənni bildirib. İfaçının Batumidə restoran açacağı güman edilir. Hazırda Batumidə olan Y.Cəlilov Bakıya bir həftədən sonra qayıdacaq.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm