Aparıcı əri haqqında: “Onun "kişiyəm" deyib gəzməyə haqqı yoxdur”
Bizi izləyin

Tabloid.az

Aparıcı əri haqqında: “Onun "kişiyəm" deyib gəzməyə haqqı yoxdur”

Uzun müddət “Space” telekanalında çalışan aparıcı Lətafət Ələkbərova keçmiş həyat yoldaşı ilə yaranan qalmaqaldan sonra media nümayəndələrinə səslənib. Bundan sonra eks həyat yoldaşı Nicat Cəfərovla adının yanaşı çəkilməsini istəməyən aparıcı onu əslində

Uzun müddət “Space” telekanalında çalışan aparıcı Lətafət Ələkbərova keçmiş həyat yoldaşı ilə yaranan qalmaqaldan sonra media nümayəndələrinə səslənib. Bundan sonra eks həyat yoldaşı Nicat Cəfərovla adının yanaşı çəkilməsini istəməyən aparıcı onun əslində 29 yaşı olduğunu, yalandan özünü 19 yaşlı kimi qələmə verdiyini bildirib.

“Onun "kişiyəm" deyib ortalıqda gəzməyə haqqı yoxdur” söyləyən Lətafət müğənni Nicat Cəfərovu övladı ilə maraqlanmamaqda günahlandırıb.

“Əziz saytlar! Hər zaman mənim haqqımda gözəl sözlər yazdığınız üçün hər birinizə təşəkkür edirəm. Amma xahiş edirəm, mənim keçmiş həyat yoldaşım deməyə dilim gəlmir, onun neçənci toyudur, mənə nə? Mənim adımla yazıların başlığını yazmayın. O insanın 29 yaşı var. Utanmadan deyir 19 yaşındayam. Onun hələ çox toyları olacaq. Bir insan ki, öz doğma balası ilə maraqlanmır. O insan kişiyəm deyib ortada gəzməyə haqqı yoxdur. Bir də ki mən böyüklük etdim, o insanın haqqında efirdə pis danışmadım. Amma bir neçə ay öncə belə bu insan yenə məni yığmışdı ki, sevirsənsə birləşək. Evimizə də gəlib gedirdi. Hətta qızım belə artıqdedi ki, mama mıni papaya vermə, o başqa uşaqla mənigəzməyə aparır. Xahiş edirəm o insanı Allah belə unudub. Sizdən son dərəcə xahiş edirəm. Daha çox yoruldum. Adımı onun adının yanında yazmayın. Bu, mənim ricamdır sizdən.”

Qeyd edək ki, Nicat Cəfərovun ilk evliliyi teleaparıcı Lətafət Ələkbərova, ikinci evliliyi isə "ML" təxəllüslü bəstəkar Lalə Məmmədova ilə olub. /show.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm