Hadisə məhkəməyə verildi - FOTO
Bizi izləyin

Tabloid.az

Hadisə məhkəməyə verildi - FOTO

Türkiyənin ən məşhur müğənnilərindən biri Hadisənin başı qalmaqallardan qurtulmur. Bu dəfə o, reklam anlaşması imzaladığı "Trendyol" brendinin reklamlarında oxuduğu "Aşk kaç beden giyer" mahnısına görə məhkəməyə verilib.


Bir qədər əvvəl tanınmış müğənni "Trendyol"un sahibi "DSM Grup" şirkətini məhkəməyə verərək, müqaviləyə görə almalı olduğu 250 min avro məbləğində pulu hələ də ala bilmədiyini vurğulamışdı.


"Aşk kaç beden giyer" mahnısının bəstəkarı Ender Gündüzlü məhkəməyə müraciət edərək, Hadisenin onun müəllif hüquqlarını kobud şəkildə pozduğunu bildirib.


Hadisedən mənəvi təzminat qismində 200 min lirə tələb olunur.


Bundan başqa, "Aşk kaç beden giyer" mahnısının sözlərinin müəllifi Deniz Erten və albomu hazırlamış "Sayhan Müzik" studiyası da Hadiseni məhkəməyə verməyə hazırlaşır./Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm