Azərbaycan şorbası 1-ci yeri tutdu - FOTO
Bizi izləyin

Tabloid.az

Azərbaycan şorbası 1-ci yeri tutdu - FOTO

Türkiyənin Qars vilayətindəki “Sultan Alparslan” kollecində yemək müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycanın Qars konsulu Ayxan Süleymanovun həyat yoldaşı Sevinc Süleymanova, Qars bələdiyyəsinin Azərbaycan əslli bələdiyyə sədri Murtaza Karaçantanın həy

Türkiyənin Qars vilayətindəki “Sultan Alparslan” kollecində yemək müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycanın Qars konsulu Ayxan Süleymanovun həyat yoldaşı Sevinc Süleymanova, Qars bələdiyyəsinin Azərbaycan əslli bələdiyyə sədri Murtaza Karaçantanın həyat yoldaşı Figen Karaçanta tamaşaçı qismində iştirak ediblər.

Müsabiqədə yerli qadınların hazırladıqları yeməklər nümayiş olunub və münsiflər heyəti yeməklərə qiymət verib. Seringül Erginbaşın hazırladığı “Azəri şorbası” yemək kateqoriyasında birinci yeri tutub.

Müsabiqədə həmçinin desert və duzlular kateqoruyası üzrə də yarış olub. Müsabiqənin qalibləri mükafatlandırılıblar.

Qaliblərə mükafatlarını Türkiyənin tanınmış aşçısı Oqtay usta verib. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm